Gönderi

8/10
·536 syf.··
Beğendi
·
2025 119. kitabı
·
6 günde okudu
·
Okunma: 24 Haziran 2025 15:15
Bu kitab tarix elmləri üzrə fəlsəfə doktoru Tara Uestoverin bioqrafiyasıdır. Sivilizasiyadan uzaq, məktəb üzü görməyən Tara Uestover... Burada müəllif həyatı boyu qarşılaşdığı çətinliklər və onlara qarşı apardığı mübarizəni qələmə almışdır. "Tələbə" Taranın həyatla, çətinliklərlə mübarizəsidir. Kitab haqqındakı təhlillərə göz gəzdirərkən bir yoldaşın yazdığı bu cümlələr diqqətimi cəlb etdi: "Həyatın çətinliklərinə baxmayaraq bu kitab insanı dağın ətəyindən təhsilin zirvəsinə aparan bir səyahətə çıxarır, təhsilin insanın özünü tapma və dünyanı anlama yolundakı inkişafına gücünü təsirli şəkildə vurğulayır." İnsanı dağın ətəyindən təhsilin zirvəsinə aparan səyahət... Eynilə bənzəməsə də, bu səyahət mənə başqa birini xatırlatdı... - Taranın hekayəsi mənə 5 yaşı tamam olmamış "ata, məni məktəbə apar" deyib ağlayan, daha sonra dörd tərəfi dağlarla əhatələnmiş ucqar dağ kəndinin 4 komplekt sinifdən ibarət ibtidai məktəbində təhsil həyatına başlamış, saf, dünyadan xəbərsiz, kiçik qəlbi arzularla dolu 5 yaşlı Vəfanı xatırlatdı. - Taranın hekayəsi mənə həmin 4 illik məktəbi bitirdikdən sonra "mən oxumaq istəyirəm" deyib boyundan böyük yükün altına girən, illər boyu indi xatırladığımda qəlbimin tellərini sızladan əziyyətlərə dözən Vəfanı xatırlatdı. - Taranın hekayəsi mənə keçilməz, tikan dolu yollardan keçərək hər çətinliyə rəğmən qəbul olduğu universitetdən maddi imkansızlıq üzündən imtina edib qol-qanadı qırılan, arzularının dağıntısı altında qalan 17 yaşlı Vəfanı xatırlatdı. - Taranın hekayəsi mənə illər boyunca hər dəfə təhsildən söz düşəndə səssiz-səssiz ağlayan Vəfanı xatırlatdı. - Və nəhayət, Taranın hekayəsi mənə yolunu itirmiş balaca qız kimi gözləri dolu, bir az da fərəhli, universitetin həyətində ürkək-ürkək ilk addımlarını atan 22 yaşlı Vəfanı xatırlatdı... Bilirəm, həyatım Taranın həyatı ilə, təhsil sistemimiz də Kembriclə, Harvardla müqayisə olunmaz. Ancaq hər iki hekayədə ortaq olan bir nöqtə var; bir qadının bütün çətinliklərə, imkansızlıqlara rəğmən "dağların ətəyindən təhsilin zirvəsinə" qalxması və təhsil sayəsində həyatdakı yerini tapıb özünü təsdiq etməsi. Bəlkə də, bizim zirvəmiz Harvard deyil, amma hər birimizin qalxdığı yol öz şəxsiyyətimizin zirvəsinə aparır.
Edebiyat
TələbəTara Westover · Teas Press · 20224,781 okunma
·
1 +1'leme
·
942 Gösterim
7 Yorum
Lütfen giriş yapınız.
Kas senin kimi ne istediyini bilen,arzularinin arxasinca geden qizlarimiz cox ola,neinki hele mekteb yaslarindan tehsilden,terbiyeden basqa her seye maraq gosterenlerimiz,ters kimi qirilmisdar durmadan da artmaga davam edir(Dunen instada bir qizin serhi qarsima cixdi tesadufen,en boyuk arzusu riyaziyyat muellimesi olmaq olub,Uniye qebul olub,bu il 2ci kurs olacaqmis ki qohumlari atasina terbiye oxumaqdan daha vacibdi deye tekid edibler,ata da qizina mecbur erize yazdiriraq Uniden uzaqlasidirib,coox teessuff bezen bizim elimizde olmadan,bizim heyati vacib qerarlarimiz ,secimlerimiz basqalari terefinden yonlendirilir,her ne qeder bu heyati onlar yox biz yasamis olsaq da...O serhi oxuduqdan sonra dusunurem ki birinci valideynlerimizi,sonra ozumuzu tebrik etmek lazimdi ki bize destek olublar 💜
Vəfa Hafiz
Gönderi Sahibi
🥹❤️
Qəşəng 🌸 bu ömürlük olan öyrənmə həyatında Sizə çoxlu uğurlar.
Vəfa Hafiz
Gönderi Sahibi
Çox təşəkkür edirəm.🥹🌸
Yolun bundan sonra hər zaman işıqlı olsun, Vəfa bəyim!
Vəfa Hafiz
Gönderi Sahibi
Çox sağ ol, Səma müəllim.🥹💖
Möhtəşəm!🫠🕊️
Vəfa Hafiz
Gönderi Sahibi
🥹❤️
🥹👏🏻
Vəfa Hafiz
Gönderi Sahibi
🩷
Reklam
❤️
Vəfa Hafiz
Gönderi Sahibi
❤️