·464 syf.··Beğendi
···Okunma: 06 Temmuz 2025 16:37 Kitab bəzən axıcı, bəzən isə sıxıcı olurdu.Daha çox məişət yaşantısı və insanın duyğuları,seks həyatından bəhs edən bir kitab idi.İnsanların öz ehtiraslarının qurbanına çevrildiyi,görməli olduqları işləri boş verdikləri və axırda bir nəslin faciəvi sonuna səbəb olduqları həyatlardan bəhs edir.Kitab mədəniyyətdən uzaq bir ovuc insanın özlərinə kənd qurmalarından və bu kəndin böyük qəsəbəyə çevrilməsindən, daha sonra bu qəsəbə də çox az insanın yaşamasından söhbət gedir.Əslində kitab evlilikdən kənar münasibətlərin və bunlardan doğan uşaqların nə qədər pis və murdar olduğunu, həyatın sadəcə insanın təməl ehtiyaclarından ibarət olarsa nə qədər maraqsız və murdar olacağını bizə göstərir.Mən kitabdan bu nəticəyə gəldim ki, ehtirasının qurbanı olma.Sonra çox peşiman olarsan.