Bismillah
Deməəək...
Aleksandr PuşkinKapitan qızıPuşkin həyatı və yaradıcılığı ilə Rus ədəbiyyatına istiqamət verən, müasir rus ədəbiyyatının banisi,Tolstoy, Dostoyevski,Qoqol kimi yazıçıların ondan İlham aldığı bir sənətkardır. Zadəgan ailəsində doğulan Puşkinin dünyagörüşünün formalaşmasında bu məsələ xüsusi yer tutur. Dilinin sadəliyi,axıcılığı,fikirlərinin aydınlığı və sözlərinin təsirliliyi onu sevimli yazarlardan birinə çevirir və insanı onun bu istedadına heyran buraxır.
Kapitan qızı əsəri tarixi romandır. Əsəri bildiyim qədəri ilə Allaha yaxınlaşdığı bir dönəmdə yazdığı üçün "Tanrı,dua" və s. kimi qavramlar əsərdə bolluq təşkil edir.
Baş qəhrəmanımız Pyotr Andreiç atası tərəfindən Lələsi Saveliç ilə ərköyünlüyünü tərbiyə etməsi üçün orduya göndərilən bir cavandır. Bu çətin səfərdə gələcəkdə tamam başqa bir adam kimi qarşısına çıxacaq Puqaçovla qarşılaşır. Bu kiçik qarşılaşma və yardımlaşma Pyotrın heç təsəvvürünə gətirməyəcək qədər həyatında həll edici rol oynayacaq.Pyotr xidmət göstərəcəyi qalaya çatanda isə həyatının eşqi ilə də qarşılaşacağını bilmirdi, kapitanının qızı Marya. Təbii ki saf eşq yanında bir də rəqib gətirməyə bilməzdi,bəlkə də,ilk dəfə bu eşqə görə kinli bir düşmən qazanacaqdır Pyotr.Qısası bu səfər həm acısı,həm şirini ilə onun və biz oxuyucuların ürəyində iz qoyacaq.Əsərin hər sahəsini sevsəm də,ən sevdiyim tərəfi baş xarakterin özüdür. Həm Vətən,həm vəzifə,həm ailə qeyrətinin olması, qətiyyətli,qorxmaz,cəsur, yanındakılara,onla olan insanlara dəyər verən, danışığını bilən, özünü sevdirən bir xarakterdir. Çox sevdim işteʕ•ᴥ•ʔ
Xarakterimiz ilk səhifələrdə uşaqlara məxsus xətalar eləsə də,ordunun və sevginin bərki boşuna düşəndən sonra o bərkiyir,nə etməli olduğunu bilir, ağıllı hərəkətlər edir və ən əsası o böyüyür.Həm cismən,həm ruhən..
Saveliç xarakterinə də toxunmalı olsaq, əməlli başlı kitabın komediya yükünü bu obraz daşıyır.Kişi üçün bir dənə əsas məsələ ağasıdır, ağasının balasıdır, ağasının malıdır. Gülməli,cəsur,sözü üzə deyən,vəfalı bir xarakter-SaveliçMarya İvanovna,soldatımızın zərif eşqi.
Ağıllı,sadiq,fərasətli,digər qızlar kimi naz qəmzə etməyən,məntiqli düşünən və hadisənin ciddiyyətini və mahiyyətini dərk edən,BİR AZ DA (şübhəli) həssas bir xarakter.
Özü kimi sevgisi də böyük ruha sahib bir qız
1800cü illər Rusiyasının düzgün təsviri verilmiş bu əsərin mahiyyəti dərindir. Əsərin janrını həm sevgi,həm tarixi,həm də siyasi roman kimi qeyd edək bilərik.The book is life...KirazçiçeğimmNəzirə HəsənzadəXoş oxumalarᰔᩚ