Heç bir sətri xətləmədim, çünki çox möhtəşəm idi...
10/10
·96 syf.··
2025 14. kitabı
Bismillah Deməəək... Tanrını Axtaran Qız Aminə Sədr Hər şeydən əvvəl, BU KİTABIN ÜZ QABIĞINI KİM DİZAYN EDİB? Dizayner elə bil camaatda necə maraq OYATMAYA bilərəm deyə düşünüb və bu qapağı düzəldib. Düzdü,mən Aminə Sədr haqda azdan çoxdan məlumatlı idim və bu kitabın məğzini mənə izah etmişdilər deyə dizayndan bağımsız mənə maraqlı gəlirdi. Ancaq həqiqətən parlaq imzalar kimi kitablarının üz qabıqlarına heyran olduğum bir nəşriyyat niyə belə bir qapaq dizayn edir axı?! Nəysə!Keçək mövzuya. Kitabın mövzusu: Yolunu itirmiş bir gənc qızla, imanlı, Londonda təhsil alan bir oğlanın öz nişanlısı ilə yazışması üzərinə qurulmuş roman. Əslində isə oğlan nişanlısı ilə yox, nişanlısının bacısı ilə məktublaşırmış. Hadisə Rihab, Mustafa və Həsənat üçlüsü arasında baş verir. Qətiyyən roman demək olmaz,romandan daha artıqdır. Kitaba əlavə nəsə yazmağa ehtiyac yoxdur. Bir onu deyə bilərəm ki,Aminə Sədr güclü romançı deyil,heç elə bir qayəsi də yoxdur. O öz dərin fikirlərini Roman adı altında insanlara çatdırmaq istəyir və bu fikirləri Roman sadəliyində yazıb izah edir. Ümumiyyətlə, digər kitabını oxuyanlar da görəcək ki, Aminə Sədrin kitabları "insanların maraqlarına xitab edən romanla onları dinə cəlb etmək" başlığı altında elmi və fəlsəfi fikirləri insan övladına aşılayır. Fikirlərin dərinliyini və dəyərini belə izah edim: Kitab başlayan kimi bir iki sözü fosforlayandan sonra gördüm ki,fosforlamaq istəsəm,gərək kitabda ağ yer qalmasın. Ona görə bu qədər zəngin kitabı oxuduğumu yalnız ilk başdakı qeydlərimdən hiss olunacaq qədər təmiz saxladım. Heç bir sətrin xətrinə dəymək istəmədim ʕ•ᴥ•ʔ The book is life... Nəzirə Həsənzadə Kirazçiçeğimm
İnceleme
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018146 okunma
·
77 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.