Uşaqlığın havası var başımda:)
Puan vermedi·150 syf.··
2025 24. kitabı
·
7 günde okudu
·
Okunma: 05 Ağustos 2025 16:05
Hər vaxtınız xeyir, 1K kitabsevərləri. Şeiri sevdiyimi bilənlər bilir, bilməyənlər üçün söyləyim, şeir mənim şəfalı bitkim kimidir. Nə vaxt kitab oxuya bilməsəm, onu da deyim ki, kitabla qidalanan ruhum var mənim, şeirlə müalicə edirəm özümü. Ona görə də harada şeir alıntısına rast gəlsəm, o kitab marağımı cəlb edir. Görəsən, necə kitabdır fikri ilə müşahidə edirəm. Belə ki, Ulkerizm alıntılarında bəzi şeirlər diqqətimi çəkdi. Niyə sonluqlar bu qədər yerində verilmir, niyə Ülkərin verdiyi başlıqlar fərqlidir. Nədir bu kitaba olan tənqidi yanaşma dedim, şərhlərdə də yazıçımızın özündən bəzi açıqlamaları oxuduqdan sonra "oxumadan qınama," "bilmədiyin şey haqqında danışma," prinsiplərimi əsas götürərək kitabı oxumaq qərarına gəldim. Və səbrimi özümə yoldaş edib oxudum da. Onu deyim ki, kitabı oxuya-oxuya gənc yazıçımızı dəng elədim. Məni narahat edən nə varsa ki, kitabda bəzi imla xətaları var, bu da kitabın redaktə edilməsi ilə bağlı olan hissədir. Bu mövzuda uzun-uzun Nail bəyin özü ilə müzakirələr apardığım üçün dərinə getməyəcəyəm. İkinci məni narahat edən isə qafiyələrdəki boşluq idi. Dərin mənalı sətirlərdən, məni cəlb edən kəlimələrdən necə deyərlər ləzzət ala bilmirdim. Bu da yazıçımızın öz sözləri ilə desək; "Bu kitabdakı şeirlər mənim 17 yaşıma qədər yazılan şeirlərdir. Bir xatirə olaraq qalsın deyə kitab halına gətirib çap elətdirmişəm." Bu açıqlamadan sonra belə nəticəyə gəldim ki, uşaq yaşlarından şeir yazmağa başlayan yazıçımız, öz uşaqlıq illərinin xatirəsini əbədiləşdirmək istəyib. Şeirlərdə də yeniyetmə ruhu hiss olunur. Ən sevdiyim sətirləri alıntı olaraq paylaşmışam. Özünün dediyi kimi, "siz ancaq mənfilərdən danışırsınız. Müsbətləri demirsiniz heç." Bəlkə də mən mükəmməlliyyətçiyəm. Bəlkə də oxuyub yan keçə bilmirəm. "Mənə nə, özü bilər," deyə bilmirəm. Ən yaxşı, ən gözəl kitabı yazmağını istədiyim üçün hər xırdalığı söyləyirəm ki, bir gün fəxrlə, "O məşhur yazarın ilk oxucularından olmuşam," deyəndə, "nə yaxşı ki, susmamışam," sözünü rahat-rahat deyə bilim. Təhqirə qarşıyam, amma tənqid özünüinkişafın ən vacib pilləsidir. Mənfisini söylədim, müsbətini də söyləyim. Hər kəs casərət edə bilmir, xam halda olan, daha körpə yaşında, yetkinlik yaşında yazdığı, mənfisiylə, müsbətiylə təndiqlərə məruz qalacağını bilsə belə uşaqlıq illərindən gələn sətirləri milyonlarca insana oxutmaq qərarına gəlməyə. Bu özü təqdirəlayiqdir. Kitabda bəzi ifadələr, bəzi kəlimələr, sətirlər çox dərin məna kəsb edir. Məni narahat edən o qədər dərin mənalı sətirlərin ayrı-ayrılıqda gücü olduğu halda eyni şeirdə bir-birlərinin gücü ilə qidalanmaları idi. Bu da yuxarıda da dediyim kimi 17 yaşın havasını hiss etdirir. Şeirlərin məzmununa gəlsək, şairin tez-tez soyuqdan şikayətini oxuyuruq. Ruhunda əsən yellər cismindəki atəşdən alov ala bilmir. Bir gün ən gözəl şeirlərindən ibarət kitabınızın imza günü olarsa məhz o gün cisminizin istisinə ruhunuz da qızınar. Və ölüm düşüncəsi. Bu düşüncə daxilindəki yaşamaq eşqi ilə döyünən ürəyin çırpınışıdır. Bu qədər ölümdən danışma, şair. Dar ağacında asılmaya meyilli ruhum həyat eşqinə möhtacdır. Unudulduğunu düşünür gənc yazıçımız. "Allah da unudub məni," deyir. Nəfəs alırıqsa demək ki, varlığı ilə bizə unudulmadığımızı hiss etdirməsi elə o nəfəsdən başlayır. Eşqdən yaz, şair. Həyat eşqindən, həsrətin od vurub alışdırdığı ruhun yağışla yuyunmaq istəyindən danış. Gözyaşları sel olan aşiqin kor olan gözlərindən danış. Mənim də vardır imla xətalarım, vergüllərlə barışmırıq məsələn. Özümü də tənqid edim:) Və əminəm ki, incələməmdəki səhvləri mənə elə ən yaxın rəfiqəm söyləyəcək. Söyləməsə ilk ondan inciyərəm. Sizə səhvlərinizi, zəif tərəflərinizi söyləyəndən deyil, sizdən bunları gizlədəndən inciyin. Çünki dəyər verən inkişaf etməyinizi, həsəd aparan isə olduğunuz yerdə saymağınızı istəyər. Bu sözüm hər kəsədir. Qələminiz iti olsun, Nail Zeyniyev Amma o qələm şeirin nəfəsini kəsməsin. Ruhuna həyat nəqş etsin. Şeirli günləriniz olsun.
Şiir
Mən Qəribə AdamamNail Zeyniyev · Kişisel Yayın · 20259 okunma
·
360 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Fikirləriniz dəyərlidir🙏🏻minnətdaram, çox sağolun
Kitabsever
Gönderi Sahibi
Təşəkkür edirəm☺️ Hər zaman dəyər görməyiniz diləyi ilə💫