Sevinc tapdım günün biri, itirdim axşam,
Öz ruhumu buludlara yetirdim axşam.
Pəncərəmə naxış vurdu yağan yağışlar,
Bir pərini xəyalıma gətirdim axşam.
Qonaq gəldi, ağırladım, müsafir etdim,
Yola saldım, uğurladım, ötürdüm axşam.
Dərin-dərin fikirləri yazıb tökməyə
Bir qələmi, bir vərəqi götürdüm axşam.
Sonra batdım hey gəmisi batanlar kimi,
Yarım-yarım nağılları bitirdim axşam.