Nail Zeyniyev

Nail Zeyniyev
@nzeyniyev
"Qaranlıq Bir Sabah", "Mən Qəribə Adamam" və "Peşmanlıq Nəğmələri" kitablarının müəllifi.. "Ədəbiyyat və İncəsənət" portalının əməkdaşı.. AMEA - MEK
Axşam
Sevinc tapdım günün biri, itirdim axşam, Öz ruhumu buludlara yetirdim axşam. Pəncərəmə naxış vurdu yağan yağışlar, Bir pərini xəyalıma gətirdim axşam. Qonaq gəldi, ağırladım, müsafir etdim, Yola saldım, uğurladım, ötürdüm axşam. Dərin-dərin fikirləri yazıb tökməyə Bir qələmi, bir vərəqi götürdüm axşam. Sonra batdım hey gəmisi batanlar kimi, Yarım-yarım nağılları bitirdim axşam.
Sayfa 5·Kitabı okudu
Edebiyat
Reklam
Bizə yaraşmır axı Bir vidalıq ayrılıq. Ölümdən yaman imiş, Yaman imiş ayrılıq.
Yağış da qayıtdı bu yay günündə, Zamansız qayıdıb dönənlər kimi. Yazıram sözümü dərd dəftərində, Dərdini varaqla bölənlər kimi. Pozuldu fəsillərin əhdi-nizamı, Sən səfa çəkərsən, mənsə cəfamı. Yaşarkən vermişəm belə qərarı Ağlaya-ağlaya gülənlər kimi. Bir odun içində alışarıq biz, Zamanla həm küsüb barışarıq biz. Bilmirəm, bəlkə də qovuşarıq biz Uzaqdan-uzağa sevənlər kimi... • Nail Zeyniyev
Deyirlər, həsrətin yarası dağdır; Ruhum çoxdan ölüb, cismimsə sağdır. Küllərim səmaya dağılacaqdır; Kaş ki, bu günləri heç görməsəydim. Sevənlər yar olur özgəyə, yada; Heç nəyə inanmaq olmur dünyada. Heyif, bu ömrümü vermişəm bada; Kaş ki, hər şeyimi itirməsəydim. Ayrılıq bir qəlbə ən böyük yara; Ölümdə insana haqqmıdır, bəla? Kimsədə yoxdurmu zərrəcə vəfa? Kaş ki, hər gedənə üzülməsəydim.
Bir balaca xoşbəxtlik axtarırdım, diləndim, Hər sözünə inanıb, hər yalana güvəndim. Təklikdən dəli olub, küçələri süləndim. Mən ömür yaşayırdım, sənsə vaxt aparırdın, Sən məni tapmış idin, daha nə axtarırdın?