Hər vaxtınız xeyir, 1K kitabsevərləri.
Şeiri sevdiyimi bilənlər bilir, bilməyənlər üçün söyləyim, şeir mənim şəfalı bitkim kimidir. Nə vaxt kitab oxuya bilməsəm, onu da deyim ki, kitabla qidalanan ruhum var mənim, şeirlə müalicə edirəm özümü. Ona görə də harada şeir alıntısına rast gəlsəm, o kitab marağımı cəlb edir. Görəsən, necə kitabdır fikri ilə müşahidə edirəm. Belə ki, Ulkerizm alıntılarında bəzi şeirlər diqqətimi çəkdi. Niyə sonluqlar bu qədər yerində verilmir, niyə Ülkərin verdiyi başlıqlar fərqlidir. Nədir bu kitaba olan tənqidi yanaşma dedim, şərhlərdə də yazıçımızın özündən bəzi açıqlamaları oxuduqdan sonra "oxumadan qınama," "bilmədiyin şey haqqında danışma," prinsiplərimi əsas götürərək kitabı oxumaq qərarına gəldim. Və səbrimi özümə yoldaş edib oxudum da.
Onu deyim ki, kitabı oxuya-oxuya gənc yazıçımızı dəng elədim. Məni narahat edən nə varsa ki, kitabda bəzi imla xətaları var, bu da kitabın redaktə edilməsi ilə bağlı olan hissədir. Bu mövzuda uzun-uzun Nail bəyin özü ilə müzakirələr apardığım üçün dərinə getməyəcəyəm.
İkinci məni narahat edən isə qafiyələrdəki boşluq idi. Dərin mənalı sətirlərdən, məni cəlb edən kəlimələrdən necə deyərlər ləzzət ala bilmirdim. Bu da yazıçımızın öz sözləri ilə desək; "Bu kitabdakı şeirlər mənim 17 yaşıma qədər yazılan şeirlərdir. Bir xatirə olaraq qalsın deyə kitab halına gətirib çap elətdirmişəm." Bu açıqlamadan sonra belə nəticəyə gəldim ki, uşaq yaşlarından şeir yazmağa başlayan yazıçımız, öz uşaqlıq illərinin xatirəsini əbədiləşdirmək istəyib. Şeirlərdə də yeniyetmə ruhu hiss olunur.
Ən sevdiyim sətirləri alıntı olaraq paylaşmışam.
Özünün dediyi kimi, "siz ancaq mənfilərdən danışırsınız. Müsbətləri demirsiniz heç." Bəlkə də mən mükəmməlliyyətçiyəm. Bəlkə də oxuyub yan keçə bilmirəm. "Mənə nə, özü bilər,"
Mən ayrı dünyanın, ayrı cismiyəm,
Dağılmış binayam, yoxsa bəs nəyəm?
Cavabsız qalmasın sualım, niyəm.
Mən tanrı deyiləm, nə yer, nə göyəm.
Günəşi görməyən bağlı zindanam,
Yaşamaq uğruna ölən insanam.