Qurban olaram
Yenə də gözlərim gözündə qalıb Gördüyüm mənaya qurban olaram. Əgər həqiqətsən, mən həqiqətə, Röyasan, röyaya qurban olaram. Söhbətin şirindi, gülüşün təzə, Saldın ürəyimi eşqə, həvəsə. Sən ayag basdığın o yola izə, Çəmənə, səhraya qurban olaram. Çatsın hər muradın başa dünyada, Bir arzun dəyməsin daşa dünyada. Bu dunya gözəldi, yaşa dünyada Sən olan dünyaya qurban olaram. Nəriman Həsənzadə
Şiir
·
1 +1'leme
·
108 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.