Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"Qulaq as, biri var imiş, biri yox imiş, bir dalğa var imiş. Bu dalğa hansı dənizdəsə, məsələn, deyək ki, Kapri buxtasında bir qayaya vurulubmuş. O hər gün özünü bu qayanın qoynuna atır, onu yalayır, gecə-gündüz öpüb oxşayır, dümağ qollarını boynuna dolayır, ağlayır, sızlayır, yalvarır ki, ona mehman olsun. DALĞA HƏMİN QAYANI BELƏCƏ SEVƏ-SEVƏ, OXŞAYA-OXŞAYA, YAVAŞ-YAVAŞ, ALTDAN-ALTDAN OYUR, OYUR... VƏ GÜNLƏRİN BİR GÜNÜ QAYA TAMAM OVULUR, UÇUB ONUN QOYNUNA YIXILIR... Ravik kalvadosdan bir qurtum aldı. Joan dözmədi: -Sonrası? -VƏ DALĞA BİRDƏN GÖRÜR Kİ, DAHA QUCAQLAMAĞA, SEVİB OXŞAMAĞA, VÜSAL HƏSRƏTİ İLƏ YANMAĞA QAYA YOXDUR. O, ÇİLİK-ÇİLİK OLUB, ÖZÜNÜN QUCAĞINDA BOĞULUB, DƏNİZİN DİBİNƏ GEDİB... Bilir ki, ALDANIB. Çox fikirləşir ki, neyləsin, axırda GEDİB ÖZÜNƏ AYRI QAYA AXTARIR..."
·
1 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.