Cinayət və Cəza mütaliə sevgimi alovlandıran, məni daimi oxumağa sövq edən kitabdır. İlk dəfə 15 yaşım olanda kitabxanadan götürüb oxumuşdum və o yaş üçün ifadə edə bilməyəcəyim qədər çox sevmişdim. Bu on il ərzində saysız kitablar oxudum, “şah əsər” sayılan neçə-neçə klassikalarla tanış oldum, amma heç biri mənim üçün Cinayət və Cəza olmadı desəm, yalan olmaz.
Oxuduğum ilk kitab deyildi, amma ədəbiyyat və kitab sevgimi oyadan ilk kitab idi. On il sonra qəşəng cümlələrinin tez-tez qarşıma çıxması səbəbilə yenidən, bu dəfə türkcə oxumaq istədim. Azərbaycan dilindəki nəşrinin keyfiyyətini xatırlamıram; o vaxt nəşriyyat və tərcümə mövzusunda məlumatsız idim. Amma bu nəşr - Suç ve Ceza - o qədər gözəl idi ki... Sanki kitab məhz bu dildə, bu cümlələrlə yazılıbmış kimi.
Mənim sevimli Rodyam... Yaxşı ki, yenidən oxudum. 10 il keçsə də, bu kitab hələ də mənim üçün “ən” imiş.🩶