Gönderi

Həyatın mənası haqqında heç nə deyən kitab
7/10
·283 syf.··
2025 8. kitabı
·
11 günde okudu
·
Okunma: 14 Aralık 2025 00:00
Matt Haig oxumağa bir çoxları kimi Gece Yarısı Kütüphanesi kitabıyla başlayaram deyə düşünürdüm, amma təsadüfən İnsanlar kitabı əlimə keçdi və beləcə müəllifin qələmi ilə tanışmış oldum. Kitab, yadplanetli bir varlığın Dünya-ya göndərilməsi ilə başlayır. Ona belə bir missiya verilir ki, professor Andrew Martin-in yerinə keçməli və onun etdiyi böyük riyazi kəşfin bütün izlərini Yer üzərindən silməlidir. Çünki bu kəşf insanlığın texnoloji inkişafını təhlükəli dərəcədə sürətləndirə bilər, hətta elə bir səviyyəyə çatdırar ki, nəticədə hər şey cığırından çıxa bilər. Yadplanetlini Yerə göndərən gözətçilər isə hesab edirdi ki, insanlıq hələ bu cür kəşfə, bu cür gücə mənəvi olaraq hazır deyil. Sözün açığı, bu kitab mənim həyatımı dəyişdirən bir əsər olmadı. Amma oxuduğum 11 gün ərzində mənə yaxşı yoldaşlıq etdi. Bəzən düşüncələrimin bir parçası ilə qarşılaşdım, bəzən güldüm, bəzən isə absürdlüklərini sorğuladım. Sonda isə belə qənaətə gəldim ki, müəllif elə kitabın əvvəlində düz demişdi: "Bu kitab həm həyatın mənası, həm də heç bir şey haqqındadır". Oxuyursan, görürsən ki, bir çox fikrə qatılırsan, lakin sonda bir baxırsan ki, əldə var sıfır. Sən demə zaten bildiyin şeylərdi bu oxuduqların. Qısacası, bu kitab böyük cavablar vermir sizə. Amma yenə də vaxtınızı xoş keçirmək və yaxud mənim kimi reading slumptan çıxmaq istəyirsinizsə oxuna bilər. Kitabda insanların nə qədər qəribə, ziddiyyətli varlıqlar olduğu barədə oxuyuruq. Həyatın absürd və mənasız tərəfləri göstərilir, amma eyni zamanda fərqinə varırıq ki, insan olaraq məhz bu absürdlüyün içində öz mənamızı yaradırıq. Yadplanetli üçün də yer üzündəki hər şey başda mənasız görünür – şərab içmək, musiqi dinləmək, sevgi, ailə və s. Amma zaman keçdikcə anlayır ki, bu mənasızlıq da özü bir məna daşıyır. Kitab boyunca onun yavaş-yavaş “insanlaşmasını” izləyirik Bir kitab fictional olsa belə məncə insanda müəyyən bir fərqli baxış açısı, düşüncələr yaratmalıdır. Yəni əsl ədəbiyyat insana özünü sorğulatmalıdır deyə düşünürəm. Belə deyim, insanda bir az boşluq yaratmalıdır ki, o hissələri insan özü sorğulayaraq doldurmaq məcburiyyətində qalsın. Təəssüf ki, Matt Haig bu kitabıyla (məhz bu baxımdan) sinifdə qaldı mənim gözümdə. O, hamımızın içindən keçən, bildiyimiz, amma bəlkə də yüksək səslə demədiyimiz fikirləri – həyatın absürd olması, qüsurların dəyəri, kiçik anların daha vacib olması və s. ortaya atır, düzdür, amma elə bu fikirləri deyib geri çəkilir. Yəni dərinlik olaraq çox da iddialı olduğunu deyə bilmirəm. Filosofik tərəfi də var idi, amma dediyim kimi çox səthi qalır. Bir çox fikir aforizma dadında qaldı. Bəzi hissələrdə dərinləşməsini gözlədiyim yerlər vardı, amma müəllif hər dəfə geri çəkilirdi. Elə bil deyir ki, "relax ol, çox da ciddiyə alma". Bu da bir az oxucuyla məzələnirmiş hissi yaradır. Məzələnmək demişkən, ümumiyyətlə, əsər mizah cəhətdən də pis deyildi. İzahı olmayan şeylərin mizahı olur sözünü təsdiqlətdi bir daha. Digər yaxşı tərəfini də deyim, kitab məni daha çox araşdırmağa sövq etdi. Riemann hipotezi, Schopenhauerin fəlsəfəsi haqqında yeni şeylər öyrəndim. Qaranlıq meşə (dark forest) teorisi haqqında yenidən oxudum. Emily Dickinsonun şeirləri ilə ilk dəfə yaxından tanış oldum, bir neçə gözəl aforizmlə qarşılaşdım, hətta yeni musiqilər kəşf etdim. Bir də mənə çox qəribə gələn bir detalı qeyd edim: kitabda çoxlu marka adları ilə qarşılaşdım. Deyəsən müasir ədəbiyyatda yazarlar sponsorluq da alır :d Həqiqətən, bilmədim ki, bu kapitalist dünyaya diqqət çəkmək üçün edilən bir mizah idimi yoxsa həqiqətən də müasir ədəbiyyatda sponsorluq trendimi başlayıb. Bu arada, sondakı tövsiyələr olan hissə də qəşəng idi amma bəzilərini çıxmaq şərtilə. Çünki çoxu hamımızın bildiyi, sosial mediada dönən o klasik motivasiya cümlələrinə oxşayırdı: “anı yaşa”, “mükəmməl olmağa çalışma" filan. Ümumiyyətlə, necə oldu bilmirəm, amma kitab bir anda şəxsi inkişaf kitabına çevrildi elə bil (so sadd). Süjet xətti təxmin edilə bilən olsa da, ən azından "yadplanetlinin macəraları" hissələrini oxumaq daha maraqlı idi. Yekun olaraq demək istəyirəm ki, yaddaqalan bir oxu təcrübəsi oldu mənimçün. Sizə də xoş mütaliələr. Qeyd: Bu kitabın Otostopçunun Galaksi Rehberi ilə bir çox bənzər yönü olduğunu düşünürəm. (Məsələn, "panik yapma" hissəsində dejavu yaşadım) Otostopçunun İnsanlıq Rəhbəri kimi bir şey olub elə bil. Məncə kitabın özündə də göndərmələr var idi (bkz: səh. 17 ilk abzas) Müəllif də Douglas Adamsdan ilham aldığını deyibmiş öz reportajında (geekchocolate.co.uk/matt-haig-a-nov...)
2025 Okuma Raporları
İnsanlarMatt Haig · Domingo Yayınları · 202314,8bin okunma
·
50 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.