Moruq mürəbbəsi, çay və nərd..
Puan vermedi·372 syf.··
2026 1. kitabı
Uzun zamandır kitab oxuma vərdişimdən kənarlaşdığım üçün yenidən o günlərə geri dönmək adına sadə bir sevgi romanından başlamağı düşündüm... Ta ki bu kitab, yox saydığım və basdırılmış hisslərimi üzümə vurana qədər. Sadə bir sevgi romanı kimidir, filmlərdə gördüyümüz hər hansı bədbin sonluqlu sevgi hekayəsinə bənzəyir. Lakin, oxucu istər istəməz oxuduqca personajlar ilə empati qurmağa başlayır və əsl dərinlik onda başlayır. Sevgi onsuz da heç bir zaman səthi yanaşılacaq bir mövzu olmayıb. Eynən bu kitabda izah olunduğu kimi sevginin hər növü özünə məxsus dərin mənaya malikdir. Əgər bu kitabı oxuyan oxucu hər hansı bir personaj ilə empati qurmağı bacara bilirsə və ya hansısa hadisələr zamanla özünün də başından keçibsə, bax o zaman kitab daha çox təsirli olmağa başlayır. Olduqca sadə dildə və anlaşıqlı yazılmasına baxmayaraq kitabı bitirdikdən sonra qarışıq düşüncələrim və qorxularım ilə üzbəüz qaldım.. Kitabda diqqətimi çəkən əsas məqam sevginin insana nələr qata biləcəyinin realistik olaraq yazılması idi. Məsələn, Mələk obrazı sevgisi üçün yemək bişirməyi öyrənmək istəyir, Murad obrazı isə sevdiyini xoşbəxt görmək üçün ona sevdiyi insanı qutuya qoyub hədiyyə etməyi belə ağlından keçirir, Ayxan obrazı isə sevdiyini sonu görünməyən bir gələcəkdən qorumağa çalışır.... Hər kəsin özünə görə fərqli sevgi dili var. Hər iki personaj öz sevgisini dərindən hiss edərək yaşayır.. Hər kəsin fərqli sevmə tərzi var bəli, lakin ümumi baxanda bütün yollar eyni məzhəbə gəlib çıxır. Sevgi zamansızdır və anidir, lakin sevginin ən böyük düşmanı da elə zamandır. Personajların sevgidə uduzmasına səbəb zamanı dəyərləndirə bilməməsi və danışılacaq hər şeyi sonraya buraxmaları idi. Vaxtında deyilməyən hər söz və göstərilməyən hərəkətlər kiminsə gözlərindəki parıltının itməsi ilə nəticələnə bilər... Zamanında sevin, o görüşə gedin, o qapını döyün (hətta bağlı qapıları belə),o qəhvəni için, o yağışın altında gəzin və ən əsas da vaxtında sevdiyinizi deyin (qarşınızda bir kar olsa belə). Qanadsız Mələk
Edebiyat
Qanadsız MələkAysel Şıxlı · Teas Press · 0409 okunma
·
29 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.