Gönderi

Yazıda spoiler var
8/10
·224 syf.··
2026 4. kitabı
Kuyucaklı Yusuf - Sabahattin Ali'nin 1937-ci ildə yazıb nəşr etdirdiyi ilk romanıdır. Yazar əsərini 1931-ci ildə Aydın Həbsxanasında yatarkən tanış olduğu Yusufun yaşadığı hadisələrdən ilhamlanaraq yazmışdır. Romanın əsas mövzusu Yusufun həyatıdır. Valideynləri o uşaqkən öldürülür və bu faciə Yusufun cəmiyyətdən uzaqlaşmasına, aidiyyət hissindən məhrum olmasına səbəb olur. 9 yaşında Salahaddin Bey tərəfindən övladlıq götürüləndən sonra kənddən qəsəbəyə köçür. Yaşadığı qəsəbə isə güclü və varlı şəxslərin, bürokratların və polis qüvvələrinin təsiri altında olan bir yerdir. Bütün bunlara isə Yusuf baş əymir əksinə öz gücü çatan qədəriylə mübarizə aparır. Sabahattin Ali, Yusufun həyatı vasitəsilə bu feodal, ədalətsiz sistemi tənqid edir. Romanın başlanğıcından elə nə qədər kədərli olacağı məlum olmuşdu: "1903 sonbaharında Aydın'ın Nazilli ilçesine yakın Kuyucaklı köyünü eşkıyaların basması sonucu bir karı koca öldürülür. Olay yerine giden jandarma ve yetkilileri şaşırtan ne kan kokusu ne de cesetlerdir. Sedirin kenarında diz çöküp oturan ve gayet sakin görünmeye çalışan öldürülen kişilerin oğlu Kuyucaklı Yusuf'tur." Birazda romanın mərkəzi xətti olan Muazzez və Yusuf münasibətindən danışmaq istəyirəm. Onların münasibətini oxuyanda həm romantik, həm də mürəkkəb psixoloji qatlar görmək mümkündür. Yusuf, uşaqlıqdan faciə görmüş və dünyaya qarşı həssas, dürüst bir gəncdir. Muazzez isə onunla birgə böyümüş olsa da, davranışlarında bəzən tərəddüd və qərarsızlıq müşahidə olunur. Mən Muazzezin bu davranışların qınayan tərəf oldum, onun tərəddüdü və bəzən özünü qorumağı, sevgini açıq göstərməməsi mənə doğru görünmədi. Yusuf isə bütün bunlara baxmayaraq sədaqətli qalması, hətta sonda evdə yaşanan səhnədən sonra belə onu qoruyub özüylə götürməyi kədərləndirmişdi məni. Bu münasibət həm də cəmiyyətin və ailə təsirlərinin insan münasibətlərinə necə təsir etdiyini göstərir. Muazzezin qərarsızlığı, Şahinde kimi xarici təsirlər və sosial normalar onun davranışlarını formalaşdırmışdı. Bir tərəfdəndə Muazzezin həyatın məhv edən anası(Şahinde) oldu. Nəticədə üzərimdə təsiri böyük olan romanlardan oldu. Kuyucaklı Yusuf xarakteri də unudulmazlar siyahıma əlavə olundu...
Kuyucaklı YusufSabahattin Ali · Yapı Kredi Yayınları · 2025210,6bin okunma
·
17 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.