Yenə doğru zamanında gələn və ruhumu alt-üst edən bir kitab.Nə yaxşı ki,bu kitabı belə bir vaxtda oxumuşam.Bir oxucu üçün ən gözəl şeydir bir kitabı ən doğru zamanda oxumaq.Bu kitabı oxumağa məni sövq edən o gözəl incələməyə görə təşəkkür edirəm. Münasib Niftalıyev İlk növbədə qeyd edim ki,kitab çox axıcı,oxunması rahat üslubda yazılıb,yormadan,sıxılmadan oxumaq mümkündür.
Bilmirəm hiss etdiklərimi necə ifadə edim.Conla atasının arasında olan münasibətdə təəssüf ki,özümü görürdüm.Bəlkə də bu səbəbdən daha ağrılı oldu mənim üçün o hissələri oxumaq.Kitab oxuyarkən ağlamaq üçün darıxmışdım:)Sonlara qədər Savanna ilə olan münasibətləri bütün bunların gerisində qalırdı,taa ki,həmin hissəyə çatana kimi (spoiler vermək istəmədim).Artıq qum,dəniz,sahil-bütün bunlar xatirimdə qarabuğdayı Savannanı,qulağının ardına etdiyi saçlarını,ona məftun olan,dənizdə serfinq sürən Conu canlandıracaq. Bilmirəm,həyatda bu cür sevgilər,bu cür sevənlər var ya yox,amma yenə də bunları kitablarda oxumaq belə gözəldir.Sözsüz ki,uzun müddət təsirində qalacağam.Həyatımda nəyisə dəyişdirəcəkmi,bilmirəm,amma qəlbimdə çox şeyi dəyişdirdiyinə əminəm.İstəməzdim atası ilə çəkdirdiyi tək şəkil bizim Conla oxşar cəhətimiz kimi yaddaşımda qalsın.Bəlkə də bunu dəyişdirməyim üçün Condan fərqli olaraq mənim bir şansım var. Bilmirəm...
Məncə,ölmədən əvvəl oxunacaqlara daxil olmağa layiq kitabdır.Oxusanız, peşman olmazsınız deyə düşünürəm.
Xoş mütaliələr ♡
Sevgili ConNicholas Sparks · Qanun Nəşriyyatı · 2013487 okunma
Nə gözəl ifadə etmisiniz. Təəssüratlarınızı və səmimi hisslərinizi bölüşməyiniz nə xoşdur. Oxuyanda mən də çox təsirləndiyimdən, yazdıqlarınızı yaxşı başa düşürəm. Həm kitab, həm də yazdığınız incələmə möhtəşəmdir.