Atamın kitabı♡
9/10
·329 syf.··
Beğendi
·
2026 91. kitabı
·
3 günde okudu
·
Okunma: 12 Nisan 2026 17:44
Kitab haqqında yazmazdan əvvəl onun mənim həyatımda tutduğu yerdən qısaca bəhs etmək istəyirəm. Bu kitab mənim uşaqlığımdır. Ona görə yox ki, onu uşaq vaxtı oxumuşam; ona görə ki, həyata gözümü açandan, ağlım kəsəndən bəri bu kitabı evimizdə, atamın kitab-dəftərləri arasında görmüşəm. Hətta kiril əlifbası ilə oxumağı altı yaşımda məhz bu kitabın üzərində öyrənmişəm. Əlbəttə, o zamanlar kitabı tam oxuya bilməzdim... İllər keçdi. Qarşıma çox kitablar çıxdı, çox kitablar oxudum. Amma bu kitab ağlımın bir küncündə - atamın ən sevdiyi kitablardan biri, evimizin bir üzvü kimi - yerini qoruyub saxladı. Və vaxt gəldi, özüm də bu kitabı oxudum... “Ömürlük cəza” Vidadi Babanlının 1996-cı ildə tamamladığı iki hissəli romandır. Əsərin mövzusunda ilk diqqət çəkən məqam Mürvət və İnci müəllimin nakam ilk məhəbbətidir. Lakin müəllif yalnız ilk məhəbbət hekayəsi ilə kifayətlənmir. O, bu sevgi xəttinin fonunda və bir neçə fərqli obrazın timsalında dövrün yüksək vəzifəli şəxslərinin qaniçənliyini, səlahiyyətlərindən istifadə edərək insanların həyatını məhv edən harınlamış məmurları tənqid edir və bunu məharətlə açıb göstərir. Mürvətin ilk məhəbbətinin nakam sonlanması da məhz vəzifəli şəxs Qeysərlinin ona tutduğu divanın nəticəsi idi - “Ömürlük cəza”... “Köhnəlməyən, odu heç vaxt sönməyən yalnız ilk məhəbbətdir...”
Edebiyat
Ömürlük CəzaVidadi Babanlı · Boz Oğuz Nəşriyyatı · 19984 okunma
·
312 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Kitabın sən də buraxdığı izlərə vuruldum 🥹
Vəfa Hafiz
Gönderi Sahibi
🥹❤️
"Vicdan susanda" bir zamanlar ən çox oxuduqlarımdan idi. Obrazların hisslərinin təbii və olduğu kimi təsvirini çox bəyənmişdim. Bu romanı da ilk dəfədir görürəm, sayəndə kəşf elədik .)
Vəfa Hafiz
Gönderi Sahibi
Bir gün onu da oxuyaram.❤️ Müəllifin oxuduğum ilk kitabı oldu, mən də çox sevdim.