Beyzanın qələmini əvvəllər heç sevməzdim. Açıq danışım. Sosyal medya üzərində haqqında eşitdiklərim olsun, bəzi kütlələrin mənfi rəyləri olsun hamısı toplaşanda kitablarına da yansımıştı. Bilməm flan kurgusu ərgən tiplidi ya da başqa bir çox rəy. Hardasa 2022 2023 araları idi. İndi də var bunlar. O dönəm bu rəylərin təsiri ilə onu heç oxumamışdım. İstəməmişdimdə. Amma sonra, Onun Şeytanlarını oxumağa başladım. Sırasıyla Kül kelebeği, və digər kitablarını da. Ən çox Onun Şeytanlarını və Siyah Kuğunu sevdim. Siyah Kuğununda məndə fərqli bir yeri olduğu üçün sevirdim. Kalpkıran vardı o dönəm, çox sonradan anladım ki gerçək kalpkıran o deyilmiş. Yazdıqları beynim yandıracaq dərəcədə olurdu və çox vaxt oxuduğumu anlamırdım. Ama səhv etmirəmsə Siyah Kuğudan sonra anlamağa başladım qələmini. Sevmirdim və oxuyurdum düşüncəsi var idi. Yanılırdım, sevdiyim üçün oxuyurdum çünki sevməsəm ilk səhifədən ötəyə keçməz keçsəmdə yarım qoyardım. Beyza Aksoyun qələmini həqiqətən sevirəm. VƏ bu da bir qərar almağa gətirib çıxardı. Heç bir yazıçı haqqında nəyinki mənfi, müsbət yorumlara da baxmıram artıq. Çünki oxuyacaqlarıma təsir edir. Sevəcəmsə belə soyuyuram istər istəməz. Yəni bir oxuyucu olaraqda xoşum gəlmədisə belə durub o yazıçını pisləməkdənsə, ya da tövsiyə etmərəm demək yerinə "Mən oxudum bəyənmədim, şəxsi fikrimdi" deyib kənara çəkilmək lazımdı. Bu həm də o yazıçının əziyyətinə hörmət etməkdi. Day durub yarım saat eleştiri videosu çəkmək lazım deyil. Beyzanın 7 kitabını oxumuşam. Siyah evrenden bir Siyam qalıb. Birdə digər kitabı, beyaz evreni də bitirmişəm deyəsən tam xatırlamıram. Amma belə. Qalan kitablarını da oxuyacam. İndi isə Açık Yaralar Ve Dikiş İzlerini yorumlayaq.
Kitaba iki dəfə başlayıb ikisində də ilk səhifədən ötəyə keçə bilməmişdim. Ama artıq buna bir son verib kitabı 4 gündə bitirdim. Yuxusuz qalıb saatlarla kitab oxuduğum evreye qayıtmış oldum bununla da. İnanıram ki işlərim olmasaydı daha tez bitərdi kitab bu qədər uzanmazdı. Düçüncələrimin üstündə bir şeylə qarşılaşdım. Beklentilerimin hamısını qarşıladı. Hətta gözləmədiklərimi də. Sadəcə Parsa niyə kalpkıran dediklərini anlamadım. İncitdiyi məqamlar çox idi hə. Ama onun o qədərdə kalpkıran olduğunuu düşünmürəm. Qaldı ki onu Pamirlə kıyaslıyırlar. Ona baxanda Pamir hər şeyi bildiyi halda susurdu. Nilin Siyah Kuğu olduğunu bilə bilə susurdu. Yəni bir kalpkıran varsa o Pamirdi fikrimcə. Pars bu kitab oxuduğum qədəri ilə o qədərdə mənfi obraz deyildi Livaya qarşı. Nazla olan ilişkisində az da olsa suçlasamda, kamera görüntülərinə qədər gətirib göstərmişdi. Ondan sonra onsuz mənim üçün mənfi olmadı. Gələk Livaya, sevdim onu. Ən sevdiyim yan karakterlerden biri Kayradı. Biri də Oğuz. Yağızı da sevmişdim sən demə sonlarda mənə şok yaşatdı. Hər nəysə. İkinci kitaba başlamışam və hal hazırda 100 syfdəyəm. 10/9 verdim bir balı niyə kəsdiyimi bilmirəm. Amma kitab həqiqətən gözləntilərimin üstündə idi. Bir ara evrenlerin hamısını qatıb qarışdırdım. Birdə, Siyah Kuğunun olduğu hissələrdə gözəl idi. Nazı sevmirəm. İremi də o qədər çox sevmirəm. İkisi də dost olduqları halda bir birlərindən çox şey gizlətdilər sonra da orta yol üçün addım atmadılar. Biz araya məsafə girəndə N ilə orta yol üçün eyni anda addımlar atmışdıq halbuki. Açık Yaralar ve Dikiş İzleriBeyza Aksoy