Gönderi

"PK" (film, 2014)
Sabahkı imtahana hazırlaşmaq əvəzinə göz yaşları içində, janrı komediya olan bir filmi - Aamir Khanın baş rolda olduğu “PK” filmini ikinci dəfə izlədim. Düşünürəm ki, “PK” hər insanın həyatında ən azı bir dəfə izləməli olduğu filmlərdəndir. Çünki film boyu sadə görünən, amma çox dərin məna daşıyan suallar vasitəsilə insanı öz həyatı, inancları və qəbul etdiyi həqiqətlər haqqında düşünməyə vadar edir. PK-ın məntiqli, lakin cəmiyyət üçün qəribə görünən suallarını eşidən insanlar ona hind dilində "Pee kay hai kya?" - yəni "Sərxoşsan?", "İçmisən?" - deyə müraciət edirlər. Hamının ona eyni şəkildə səsləndiyini görən yadplanetli isə bunun öz adı olduğunu zənn edir və özünü insanlara "PK" kimi təqdim etməyə başlayır. Filmin rejissoru bu qısaltma vasitəsilə incə bir ironiya qurur: cəmiyyətin kor-koranə qəbul etdiyi inancları və stereotipləri sorğulayan insan çox vaxt başqalarının gözündə ya "ağlı başında olmayan", ya da "sərxoş" biri kimi görünür. (Tövsiyədir. İzləsəniz, fikirlərinizi gözləyəcəyəm.)
·
406 Gösterim
5 Yorum
Öne Çıkan Yorum
Maraqlı gəldi, izləyəcəm🫠
Bu aktyorun filmləri özəldir. Dangal filmini də çox çox sevirəm. Ata-qız münasibətinə aşiqəm o filmdə❤️
Bəli, məncə də, maraqlı və çox düşündürücü filmdir.
03.11.24; 20:59 - Qəşəng bir film izlədim(-deyə ilk izlədiyim tarixi qeyd etmişəmmiş).🍃
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.