Puan vermedi·118 syf.··
Beğendi
·
2019 23. kitabı
·
13 saatte okudu
·
Okunma: 14 Temmuz 2019 23:47
Kitab Orvelin məqalələrindən ibarətdir. Kitablar həqiqətən də bahadırmı və ya siqaretə verilən bulların əslində kitabdan daha çox olmasının fərqindədirmi insanlar? Yaşadığı ölkənin totalitar rejimini gündəmə gətirməklə yanaşı, İspan daxili müharibəsini, rus-alman paktını və bunların nəticələrini də qısaca şərh edib. O bölümlərində 1984 romanında olduğu kimi totalitar rejimli ölkələrin demokratik ölkələrlə müqayisəsini aparıb və azad media, söz azadlığı kimi başlıqların tərifini verib. Ən sevdiyim hissəsi isə sonuncu bölümü idi. Burda öz uşaqlığından, oxuduğu məktəbdən, valideynlərinin imkansızlığından danışırdı. Əslində uşaqlığın çox dərin izlər buraxdığını, bu izlərin bütün ömür boyu insanda yaşadığını və sonrakı həyatına təsirini göstərirdi. Din, ilk cinsi biliklər, siyasi görüş, sevgi, nifrət oyadan hadisələrini açıq qələmə alaraq əslində məncə bir nöqtəyə toxunurdu. İnsan həmişə ətrafın ona yeritdiyi düşüncələrin qurbanı ola bilər, əgər o özü bunları tək düşünmək və analiz etmək qabiliyyətində deyilsə. Bütün kitab boyu sevdiyim məqamlardan biri Orvel oxuduğu müəllifləri, sevdiyi kitabları, yaltaq adlandırdığı yazıçıları yazıb, bəzən kitab məsləhəti verib, bəzən isə nəyi oxumamaq lazımdı onu yazıb. Ümumilikdə sevdim kitabı və əgər Orveli 1984lə tanımısızsa, bir də bu kitabı oxumağınızı məsləhət görürəm. George Orwell Kitaplar ve Sigaralar
Kitaplar ve SigaralarGeorge Orwell · Sel Yayıncılık · 20134,777 okunma
·
25 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.