Gönderi

VƏTƏN Mən səndənbir yaşıl budaq istədim, Sən mənə bəxş etdin zümrüd meşələr. Mən səndən kiçik bir otaq istədim, Sən mənə bəxş etdin dilbər güşələr, Mən səndən adicə həyat istədim, Sən məni çıxartdın min-min səhərə. Mən səndən kiçik bir qanad istədim, Sən məni uçurdun ənkinliklərə. Mən səndən bir dəstə çiçək istədim, Mənim üçün dörd fəsil yaz elədin sən. Mən səndən ilhamlı ürək istədim, Sən mənə təb verdin milyon ürəkdən. Mən səndən kiçik bir sevinc istədim, Sən mənə bəxş etdin bütöv səadət. Mən səndən bir parça bürünc istədim, Sən mənə bəxş etdin xəzinə,dövlət. Mən səndən istədim açıq bir alın, Sən mənə bəxş etdin əzəmət,vüqar. Məndə başı açıq ayağı yalın Yolunda can qoysam, yenə az olar. Bəlkə,buna görə əzəmətlisən- Nəyin var vermisən əsirgəmədən! Sən bir ana kimi səxavətlisən, Anam Azərbaycan, Vətən, can Vətən Əliağa Kürçaylı
·
4 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.