·264 syf.····Okunma: 04 Kasım 2019 15:45 Ülviyyə Tahir in qələmə aldığı "ALJİR" tarixi romanını həvəslə, diqqətlə oxudum. Müəllifin çoxsaylı araşdırmaları və təhqiqatları nəticəsində ərsəyə gələn bu əsər unudulmuş və ya unutdurulmuş ən həssas tariximizi, repressiya qurbanlarının, onların ailələrinin faciəli həyatını gözümüzün önundə canlandırır. Bu əsərdə diqqətimi ən çox çəkən məsələ "aldanmaq və qurbanlıq olmaq" məsələsi idi. Vaxtilə inanıb, uğrunda mübarizə apardığı, canlarını belə qurban etdikləri ideologiya indi ən vəhşi və qəddar yırtıcı kimi onların üstünə hücum çəkmişdi. Olmazın işgəncələr altında əzilərək aldanıldığını və qurbanlıq olduğunu anlamaq, amma əlindən heç bir şey gəlməmək qədər əzab ola bilməz həyatda. Hələ rəhbərə "xəyanət" etdikləri üçün valideynlərinə nifrət edən Pərvanəni demirəm, onun yerində heç kəs olmaq istəməz yəqin ki. Bunu düşünmək belə qorxuludur. "Nəyə görə, nəyin uğrundə, nə üçün?" sualları, bir cavab tapmayanda isə aldanıldığını anlamaq onları bitirirdi!