Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

158 syf.
·
Puan vermedi
Ağ liman, beşmərtəbəli evin altıncı mərtəbəsi əsərini oxumamışdan əvvəl izləməli olduğun fragman olsun. Natiqin də, Təhminənin də, Zaurun da bizə çatdırmaq istədikləri həyat dərsləri ilə qarşılaşırıq. Nağıl oxuyuram kimi hiss etdim, bu hissi çoxda sevmirəm. Kitabda belə bir hissə var: "Əsgər Teymurov 1905-1957 Tofiq Babayev 1927-1946 Adlar və rəqəmlər. Adlar və rəqəmlər. Yəni bu rəqəmləri bura yazmaq vacibdir? Yəni adamdan elə bu iki şey qalır?Adı və bu iki tarix? Axı, niyə belə? Axı, əslinə qalsa bu yazıların adamın şəxsən özünə dəxli də yoxdur. Adını özü qoymayıb. Familyasını da həmçinin, təvəllüdü, ölümü də özündən asılı deyil. Olmaz ki bura adımın şəxşən özünə dəxli olan şeylər yazsınlar, məsələn kim idi, bu dünyada nə iş görüb, nə iş qoyub gedib, ya məsələn tutalım xasiyyəti necə idi? Kimə nə yaxşılığı, nə pisliyi keçib? Övladı olub, yoxsa yox, öləndən sonra kimi qalıb? Yoxsa quru rəqəmlərdən nə çıxsın?" Qəbirstanlıqda nə var? Ruh göylərdə, bədən də ya məhv olub ya da məhv olmaq üzrə.. adlar və rəqəmlər.. Niyə də hər insanın öz qısaca tarixçəsi məzarı üstünə yazılmasın? Elə bilirsiz keçmiş insanların tarixçəsini oxumaq insanlara maraqlı olmaz? Hələ bəlkə tarixçəni oxuyandan sonra bir rəhmət də dedi.. :) Ama.. bizim şəxsiyyətimiz adımızın üstündə qurulmur ki? (adımız önəmsiz ola bilməz) Ama.. hər insan şəxsiyyət kimi formalaşa bilir ki? (adımız önəmsiz də ola bilər)
Ak Liman
Ak LimanAnar Rzayev · Simavi Yayınları · 1991273 okunma
·
362 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.