Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

280 syf.
·
Puan vermedi
Bəlkədə bütün sualların cavabı bu vaxta kimi xəbərsiz olduğumuz altıncı mərtəbədədi. O altıncı mərtəbə ki, o yoxdur.. Sevincin, hisslərin, duyğuların "yox" kimi gözəl yaşanması.. Təsir edir, təsiredicidi. Təhminə tərəfdən hadisələrə baxmaq sonra Zaur sonra Spartak, Ziver xanım.. Təhminə ən düzgün qərarları vermirdi mi? Zaur nə etdi? Ya da nə etmədi.. Zaur altıncı mərtəbədə hissləri sevincləri duyğuları öldürməyə bilərdi mənim fikrimcə. Təhminə.. Bugün Təhminənin dəfn mərasimində iştirak etmişəm kimi bir hiss var içimdə. Ən sonda Təhminə Zaurdan güclü çıxdı ki, dedim. Zaur Təhminənin ona xəyanət etdiyini sanarkən, Zaur özü Təhminəyə ən ağır zərbəni ən ağır xəyanəti etmədi mi? Spartak, Ziver xanım, Ayla xanım niyə? Niyə heç biri altıncı mərtəbəni görə bilmirdi? Məmməd Nəsir deyir ki altıncı mərtəbə heç olmayıb.. necə olmayıb? Bundan sonra mənim gözümdə hər beşmərtəbəli evin altıncı mərtəbəsi Təhminə və Zaurun yaşanmış həm də yaşanmamış xatirələri ilə tikilmişdir..
Beş Katlı Evin Altıncı Katı
Beş Katlı Evin Altıncı KatıAnar Rzayev · Ötüken Neşriyat · 19971,125 okunma
··
133 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.