Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Həyatımızı belə özümüz seçmirik...
- İntihar pislənir. Dövlət, din, cəmiyyət, hətta təbiət özü ona qarşıdır, çünki təbiət adlandırdığımız nazənin gözəl özünə qarşı azad münasibəti qətiyyən qəbul etmir, bizi sonadək öz hakimiyyəti altında saxlamaq yanğısıyla alışıb-yanır, bizim əvəzimizə özü qərar qəbul etmək istəyir. İnsanın nə vaxt öləcəyinə kim qərar verir? Biz qərar verməyi xəstəliklərə, qəzalara, canilərə həvalə edərək yüksək azadlığımızdan imtina etmişik. İnsanlar bunu ya tale, ya da qəza-qədər adlandırırlar. Yalandır! Bu, qəza-qədər deyil, bizi gözlərini döyə-döyə zəhərləyən, müharibələrdə və qəzalarda məhv edən cəmiyyətin gizli iradəsidir... Bizim nə vaxt öləcəyimizə cəmiyyət qərar verir, çünki yediyimiz ərzağın keyfiyyəti, ətraf mühitin durumu, işlədiyimiz və yaşadığımız şərait ondan asılıdır. Doğulanda bunu istəyib-istəmədiyimizi heç kəs bizdən soruşmur, dilimizi, ölkəmizi, dövrümüzü, ehtiraslarımızı və zövqümüzü, həyatımızı belə özümüz seçmirik. Bizim azadlığımız yalnız ölümdədir: azad olmaq ölmək deməkdir.
··
10 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.