Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"Heyvanlar qəfəslərdə saxlanılanda azadlıqdakı soydaşlarına nisbətən daha çox şey düşünürlər. Bu, ona görə baş verir ki, hətta, onların ən axmağı da bu cür yaşam tərzində düzgün getməyən dəhşətli nəyinsə olduğunu hiss edir. Onların düşünməyə başladığını deyəndə, heç də anlamaq bacarığına yetişdiklərini nəzərdə tutmuram. Halbuki, qəfəs boyu dayanmadan var-gəl edən pələng də insanın "düşünmək" adlandırdığı şeylə məşğuldur. Onun bir fikri var: "Niyə?". O, saatbasaat, günbəgün, ilbəil qəfəsin döşəməsində sonsuz yol qət edərkən özündən soruşur: niyə, niyə, niyə? Pələng bu sualı analiz edə və ya dəqiqləşdirə bilmir; əgər hansısa şəkildə ondan "Nə niyə?" deyə maraqlana bilsəniz, o, cavab verə bilməz. Eyni zamanda, bu sual iztirablı ağrı verərək onun beynini sönməyən alovla yandırıb-yaxır, ta ki, heyvan kənardan baxanın aydın sezdiyi ruh düşkünlüyünə qapılınca - bu, həyata bəslənilən təkrarsız antipatiyadır. Şübhəsiz, öz soydaşlarının yanında olan pələng bu sualı özünə verməz."
·
10 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.