Gönderi

165 syf.
·
Puan vermedi
·
3 saatte okudu
Zaman qazanmaq üçün susuzluq ehtiyacını ödəyəcək həblərə sahib olsaydınız,vaxtınızı necə dəyərləndirərdiniz? “Həyat bizə bütün kitabların öyrətdiyindən daha çoxunu öyrədər,çünki həyat bizə qarşı müqavimət göstərər.İnsan ancaq maneələrlə rastlaşıb,onları aşmağa çalışdıqca özünü tanıyabilər”.Məşhur Fransız yazıçısı,keçirdiyi həyat tərzini də əsərlərinə yansıdan Antoine de Saint-Exupery 1900cü ildə bir kontun oğlu olaraq Fransada dünyaya göz açmışdır.Təhsilini bitirdikdən sonra pilotluq fəaliyyətini həyata keçirən Exupery ikinci dünya müharibəsinə təyyarəçi olaraq qatılmış,1944cü ildə-vəzifəsini həyata keçirdiyi müddətdə bir daha geri dönməmişdir.”Müharibə pilotu”,”İnsanların dünyası”,”Gecə uçuşu”,”Pilot” kimi əsərlərlə yanaşı uşaq klassiklərindən biri olsa da,böyüklərin də sevərək oxuduğu “Kiçik şahzadə” Exuperyni daha da məşhurlaşdırmışdır. Əsər Exuperynin uşaqlıq dostu Leon Verthə həsr olunmuşdur.Əsərdə Exuperinin həyatını da ön plana çəkən düşüncələrinə səyahət edirik.Böyüklərin xəyal dünyasından uzaqlaşaraq,yorucu və onları məmnun etməyən həyat tərzinə özlərini düçar etmələri,uşaqlar və böyüklər arasındakı xəyal dünyasının,düşüncə tərzinin fərqliliyini ifadə etməsi əsərin mərkəzində dayanır.Əsər pilotun qəza edərək kiçik şahzadə ilə yollarının kəsişməsindən,onların dostluğundan və kiçik şahzadənin sərgüzəştlərindən bəhs edir.Kiçik şahzadənin gəzintisi zamanı qarşısına çıxan kral,özünü bəyənmiş adam,içməkdən utandığına görə içən sərxoş,iş adamı,gözətçi,səyyah,dəmiryolu adamı,çiçək,ilan,tülkü qəhrəmanları bizim günbəgün ünsiyyətdə olduğumuz insanları təmsil edir.Böyük insanların düşüncə tərzindəki xəyalgücünün yoxluğu amili və rastlaşdığı rəftarlar kiçik şahzadəni təəccübləndirir.Günlük həyatımızda rastlaşdığımız insanların təsvirindən ziyadə əsərdə dostluq münasibətləri “insan susuzluqdan öləcək olsa belə,bir dostunun olması içini sərinlədir” ifadəsi ilə,sevginin,sədaqətin,həqiqətin saflığı isə “gözlər kordur,insan ancaq qəlbi ilə baxdığı zaman həqiqəti görə bilər” ifadəsi ilə güclü təsir bağışlayır.Exupery tərəfindən rəsm edilmiş şəkillər bizə əsərdən daha çox təsirlənməyə və müəyyən xəyal gücünü formalaşdırmağa icazə verir. İnsanların arasında olduğumuzda belə yalnızlıq hiss edilən bu dünyada real dostluq qurmağımız nə dərəcədə labüddür?
Küçük Prens
Küçük PrensAntoine de Saint-Exupéry · Cem Yayınevi · 1991237,1bin okunma
·
14 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.