Gönderi

198 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Çavdar Tarlasında Çocuklar | J. D. Salinger(Jerome David Salinger) Salam, bu gün sizə mənim çox sevdiyim amma çox insanın biraz uzaq durduğu bir yazarın kitabından bəhs edəcəyəm. Kitab ölmədən öncə oxunması lazım olan 1001 kitab siyahısında yer alır. Böyük ehtimal çoxunuz Çavdar Tarlasında Çocuklar və ya digər adı ilə Gönülçelen kitabını oxumasanız belə haqqında məlumatınız var ya da ən azından adını eşitmisiniz. Kitabın oxuyucuları onu sevənlər və sevməyənlər olaraq ikiyə ayrılır.Mən sevənlərdənəm :) Kitabda saxtalıqdan,səmimiyyətsizlikdən sıxılmış, həyata,insanlara isyan edən Holden Caulfield’in 4-cü məktəbindən qovulmasından sonra çöldə keçirdiyi 3 gününü öz dilindən oxuyuruq. Holden o qədər içdən və rahat bir obraz idi ki,kitabda hekayədən çox,həyatı sorğulama şəkli və onun həyata qarşı tutumu məni çox təsirləndirdi. Holdendə fərqli bir məsumluq var idi. Sanki Holden mənim dostummuş və mənə gəlib bir şeylər danışır,dərdini bölüşürmüş kimi hiss edirdim. Bu kitabla mənim balaca bir dostum,yeni bir qəhrəmanım oldu. Tək xəyalı çavdar tarlasında oynayan uşaqları izləyib uçurumdan düşmələrinə əngəl olmaq olan bir Holden.Çox gözəl mesajlar verən və dərs çıxara biləcəyimiz bir kitab Amma onu da vurğulayım ki,hər oxuyucunun marağını çəkəcək növdən bir kitab deyil.Məncə olduqca dərin kitabdır. Oxuyanların kitabı sevənlər tərəfdə olmağını arzu edirəm. Hər kəsə xoş mütaliələr P.S Kitabda ara-sıra arqo kəlimələrlə qarşılaşırıq və ya bir sözün davamlı təkararını görürük(Bittim buna,Lanet olsun,Tanrı aşkına və s. ) Amma o qədər içdən,səmimi dillə və 16 yaşlı bir yeniyetmənin ağzından yazıldığını düşünəndə hətta mənə təkrarlar belə məntiqli gəlir)) Yəni kitabın dili alışdığımızdan fərqlidir,bu tip kitabları sevənlərə oxumağı şiddətlə tövsiyə edirəm. P.S 2. Kitabın içərisində yazarın özü ilə bağlı,avtobioqrafik səciyyə daşıyan hissələr olduğunu bilərəkdən oxumanızı tövsiyə edirəm.Elə olduqda kitabı daha yaxşı anlamağınıza kömək olacaq. səh: 198 | YKY | @yapikrediyayinlari
Çavdar Tarlasında Çocuklar
Çavdar Tarlasında Çocuklar
J. D. Salinger
J. D. Salinger
Çavdar Tarlasında Çocuklar
Çavdar Tarlasında ÇocuklarJ. D. Salinger · Yapı Kredi Yayınları · 202159,6bin okunma
·
38 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.