Gönderi

Gəl-gəl,başım baxtı,evim taxtı gəl, Gəl,gəl,anam-bacım,qadınım,qızım. Susduğum yetməzmi,daha vaxdı gəl, Sənin də halını oturum yazım. Gəl-gəl,başım baxtı-tanrı körklüsü, Dolama beşiyə laylam,ağım gəl. Kim səni yendirdi ucalığından, Həmişə yendiyim,-ucalığım gəl. ..."Xəbərlər"...Göstərir "Günün ekranı, "Sonuncu məlumat" danışır Bakı... Zorlanan,alçalan qara qızların, Halından xəbərsiz danışır Bakı... Sənə ata,oğul,sevgili,qardaş, Neynim,olammadım,bu yalan deyil. Qoy hamı bilsin ki, sən ucalmasan, Bu vətən torpağı ucalan deyil. - Rüstəm Behrudi, 1985
·
8 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.