Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Fikrin zəlalətə düçar olmasının başqa bir səbəbi insanların qəlblərinə nüfuz edən və onların fikirlərinə təsir edən tarixi və müasir şəxsiyyətlərə vurğunluqdur.Həqiqətdə belə şəxsiyyətlər insan fikrini və iradəsini işğal edir, insanlar da onlar kimi düşünür, onların verdikləri qərarlara tabe olur və bununla da onların qarşısında öz azad fikir və iradələrini itirmiş olurlar. Lakin Qur'ani-Kərim fikir azadlığına dəvət edir, dahi şəxsiyyətlərə kor-koranə təqlid etmənin böyük bir bədbəxtlik olduğuna işarə edir. Belə ki, Qur'ani-Kərim qiyamət günü zəlalətə düçar olmuş insanların dilindən buyurur: "Onlar deyəcəklər: "Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yolundan azdırdılar!" [Əhzab:67]
·
5 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.