Gönderi

484 syf.
9/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
#Livaneli- #Serenad İndi sadalayacaqlarımı eşitmisiz? 2ci dünya müharibəsi, Hitler, arilər və yəhudilər, Struma, günahsız insanlar, əzab, zülm, eşq, GERÇƏKLƏR  və tarixin bilinməyən üzü. Bu kitabda saydıqlarımın hamısını bütün çılpaqlığı ilə oxuyuruq. Əminəm ki, bu kitabda danışılan hadisəni 98% miz bilmir. Keçmişlə üzləşmək üçün möhtəşəm əsərdir. Danışılan hadisə ilə bağlı faktlar və mənbələr də qeyd olunub. Oxuduqdan sonra 2ci dünya müharibəsi çox başqa görünəcək gözünüzə. Ama bunu sadəcə tarix kitabı kimi qəbul etməyin. İçində möhtəşəm ağrılı eşqə şahid oluruq ki, bəlkə də həmin illərdə belə hadidələrdən 10larla idi Kitabda belə bir hissə var:Coğrafya kaderdir, ama tarih de kaderdir." Harda və nə vaxt anadan olmağımız bizdən asılı deyil, amma 70 -80 il əvvəl yaşayan insanlar zülm çəkərkən, illər sonra həmin yerlərdə yaşayanlar çox xoşbəxt idilər. Bəs digərlərinin günahı nə idi? Oxuğum yazıların həqiqi hadisələr olması mənim üçün digər yazılardan 3-0 öndə olmasına səbəb olur. Kitabda əsas hadisələr  iş üçün Amerkidan Türkiyəyə gələn professor Maximilliam Wagner və onu qarşılayan Mayanın tanışlığı əsasında başlayır və Max'ın sirli keçmişi üzə çıxır. Livanelidən oxuduğum 4cü əsər idi. Onun başyapıtı sayılsa da, mənim  vazkeçilməzim Kardeşimin Hikayesi romanıdır. Amma Serenadın da yeri fərqli olduBundan sonra Nadia adı mənim üçün çox şey ifadə edəcək. Serenade für Nadia... #serenad
Serenad
SerenadZülfü Livaneli · Doğan Kitap · 2020137,3bin okunma
·
8 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.