Gönderi

832 syf.
10/10 puan verdi
·
Beğendi
·
36 günde okudu
Bu əsər Dostayevskinin şahəsəri adlanır və öz dövründə bir o qədər anlaşılmasa da, sonralar bir çox yazarın ilham mənbəyi və Ziqmunt Fredin psixoanaliz araşdırmalarının dayaq nöqtəsi olmuşdur. Əslində, bu o qədər də təəccüblü deyil, əsər “ailə”, “cəmiyyət”, “din”, “ehtiras”, “hərislik” və sairə mövzulara toxunub, bir növ onları mücərrad şəkildə qarşımıza sərir. Belə ki, əsərin hər bir hissəsi ayrılıqda bunlardan birini xırdalayır, çeşidləyir və canlı-qanlı halı ilə nümayiş etdirir. Bu səbəbdən, niyə belə yüksək qiymətləndirildiyini anlamaq çətin deyil. Qısaca haqqında danışsaq: Fyodor Karamazov kef düşkünü, yaltaq və əxlaqı dəyərləri öz xeyrinə görə dəyişə bilən bir insandır. Sırf drhoması üçün evləndiyi qadından 1, o qadın qaçıb öldükdən sonra evləndiyi ikinci “qızdırmalı” qadından 2 oğlu və böyük ehtimalla, qəsəbənin dəlisi sayılan Smerdyaşçaya (rus: iylənmiş)dan bir qeyri-qanunu oğlu vardır. Bu şəhvət düşkünü adam övladları ilə heç maraqlanmadığı kimi, əlindən gəldiyi qədər onlara düşən miras payını qəsb etməyə çalışır. Böyük oğlu Dmitri- Mitya ilə də aralarında bu mövzu və ikisinin də Qruşenka adlı yüngül qadına aşiq olması üstündə mübahisələr yaranır. Hətta, bu mübahisələr atanın ölümü ilə nəticələnir. Hadisələr, bu adamın oğulları – Karamazovlar ətrafında cərayan edir.
Karamazov Kardeşler
Karamazov KardeşlerFyodor Dostoyevski · Timaş Yayınları · 200434,9bin okunma
·
3 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.