Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Rəd surəsi
11. Allahın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Özlərində olanı dəyişmədikcə,Allah heç bir xalqın taleyini dəyişməz. Əgər Allah hər hansı bir camaata (etdiyi əməllərə görə) pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz və Allahdan başqa heç bir himayəçiləri olmaz.
·
5 görüntüleme
Shalalahmadd okurunun profil resmi
Belə bir sual yarana bilər ki, insanı qoruyan ilahi gözətçilərin varlığı ilə insanların üzləşdiyi ilahi bəlaların, cəzaların mənası nədir? Allahın əmri ilə bizi qoruyan mələklər olduğu halda, bu qədər bəla və çətinliklərlə, cürbəcür hadisələrlə necə və niyə üzləşirik? Belə bir sualın yaranacağı ehtimalını nəzərə alaraq Qurani Kərim ayənin sonunu bu sözlərlə tamamlayır: "Əgər Allah hər hansı bir camaata (etdiyi əməllərə görə) pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz və Allahdan başqa heç bir himayəçiləri olmaz. " Buna görə də Allahın bir toplumu, qövmü məhv etmək barədə əmri gələndə mələklər kənara çəkilir, insanı hadisələrin öhdəsinə buraxır.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.