10/10
·33 syf.··
Beğendi
·
2020 23. kitabı
·
2 saatte okudu
·
Okunma: 11 Kasım 2020 01:37
Məhəmməd Hüseyn Şəhriyarın, Cənubi Azərbaycanlı məşhur şairin ən sevdiyim əsəri. Bəzi şeirləri oxuyarkən bəyəndiyim yerini xətləyər, ‘qəşəngdir’ deyib keçərkən, bəzilərinin bircə beytini belə unutmamaq istəyirəm. Bu poemanın bircə sözünü belə unutmamaq istəyirəm. Elə buna görədir ki yəqin, açıb-açıb oxuyar, yenidən heyran qalaram. Şair poemadakı hadisələri bu cür səlisliklə ifadə edərkən verdiyi duyğuları azca da itirməyib başına gələn bütün hadisələri həmin an ordaymışsınız kimi sizə hiss etdirir, yaşadır. Hər bənd sizi oxuyanda birinci səthi olaraq çox şeirdə olduğu kimi qafiyəsinə heyran edir, qulağınızı oxşayır. Daha sonra özünü təkrar oxutdurub dediklərini anlamağınızı, anladıqca şairin yaşadıqlarını hiss etməyinizi istəyir. Şairin poemanın ikinci hissəsində “o yerdə”, “bu çeşmədə” “bu xırmanda” kimi sanki Xoşginabı gəzə-gəzə yazırmış hissini verən ifadələri çox doğmadı. Oxuduqca, şairin həyatından məlumatınız da varsa, insan kövrəlsə də, gülümsəyir. Hər gülümsəmədən sonra da bir ‘heyif’ deyir. Xüsusən də bu bəndi oxuyanda; Mənim yolum məhəbbət caddəsiydi, Son sözlərim haqqın iradəsidi, Məhəbbətin risalət vədəsiydi, Yoxsa məndə bir kəs ilə qərəz yox, Siyasət adlı məndə bir mərəz yox.
Şiir
Haydar BabaMəhəmməd Hüseyn Şəhriyar · Hoşgörü Yayınları · 2011133 okunma
·
173 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.