10 ilə yaxın müddət keçdi artıq kitabı oxuduğum zamanın üzərindən, lakin hiss etdirdiyi duyğular, acı, heyrət, təəssüf, sevinc, kədər, ağrı, sevgi ölümü qəbullana bilməmək və s.. hələ də təp təzədi, hələ də Artur hər ağlıma gəldiyində içimdə dəhşətli bir ağrı, bir kədər oyanır. Arturun bütün yaşadıqlarını özüm yaşamış kimi hiss etmişdim. İndi incələmənizi oxuduğum zaman eyni əsərdə eyni duyğuları hiss etmişik kimi gəldi mənə. Yenidən xatırlatdı sevimli qəhramanımı mənə yazınız. Buna görə çox təşəkkürlər. 💝🤗👍 Bu əsər məhz bu qədər dərin duyğular yaşatdığı üçün mənim şahəsərimdir. Hər il ən azı 1 dəfə yenidən vərəqləyirəm 💝💝💝