·320 syf.····Okunma: 01 Aralık 2020 18:41 Jhon Green "Aynı yıldızın altında"
Heç ta uşaq yaşda xərçəng xəstəliyinə tutulmuş insanların qısa həyatları boyunca nə çəkdiklərini düşündünüzmü?metroda ,avtobusda üzündə nəfəs aparatı bağlı olan biri görəndə nəfəs almağın,ayağını bu xəstəlikdən itirmiş bir gənc görəndə....iki ayağa sahib olmanının necə böyük şans olduğunu düşündüzmü? Nə qədər şükür etsək də azdı saçını bu ay boyatdıra bilmədiyi üçün ailəsinə əsəbləşən bir qız düşündümü heç yaşadığı ölkədə milyonlarla qadın bu xəstəlikdən saçını itirir?O uşaqların valideynləri hər gün övladının çöküşünü izləyir ən az onlar qədər canları yanır.Biz xərçəngin ölümlə nəticələndiyini bilirik amma tək faciə ölüm deyil...kənardakı insanlar tərəfindən əl bombası kimi davranılan ictimai yerlərdə bəzilərinin acıyaraq bəzilərinin rişxəndlə baxdığı birinə çevrilirsiniz...bu kitab o xəstəliyin bizim bildiyimizdən çox daha ciddi bir şey olduğunu göstərdi.Göz yaşlarıyla oxudum əksər sətrləri... o sətrlər həyatın necə acımasız olduğunu,hələ 16 yaşlı uşaqların bu ağır xəstəlikdən ölümü,gələcəyini bildiyimiz bir qonağı gözlərcəsinə gözlədiyini,çarəsiz valideynlərin çəkdiklərini göstərdi. Roman 16 yaşında xərçəng xəstəliyindən əziyət çəkən Hazel adlı qızın diliylə bizə çatdırılır.Dəstək qrupunda onunla eyni xəstəliyi daşıyan Agustus ilə tanış olur və onların qısa müddətli hekayəsi beləcə başlayır. çox təsirli bir romandır eyni adlı filmi də var.filmi izləməzdən əvvəl kitabı oxusanız daha axıcı davam edər .