Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

188 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 saatte okudu
Murakamidən oxuduğum 5ci kitab oldu və mən qəribə şəkildə onun üslubundan yorulmaq əvəzinə daha da sevməyə davam edirəm. Əsər yenə öz tənhalığına qapılmış, eyni zamanda axıb gedən zamana ayaq uyduran Hajime`nin həyatından bəhs edir. Baş obrazın həyatının uşaqlıq, yeniyetməlik və yetkinlik çağlarının şahidi oluruq. Hər zamankı kimi yağışlı havalar, pişiklər, bir-birini çox sevib sonra ayrılan dostluqlar, münasibətlər, illər sonrakı qarşılaşmaqlar, və əlbəttə kitab və caz sevgisi. Təsadüfi də deyildir ki, Hajime`nin iki caz barı var. Əsər mənə bir daha keçmişə ilişib qalanda bu günümü necə əllərimdən qaçırtdığımı xatırlatdı. Çox qəribədir ki, hər dəfə yeni Murakami əsəri oxumağa başlayanda elə bilirəm eyni əsəri yenidən oxuyuram. Açar olaraq onu da deyim ki, yenə müəmmalar var və mən hələ də nə tam olaraq nədir aydınlaşdıra bilməmişəm! Oxuyun və Zövq Alın! yeri gəlmişkən @socialbaku da biz sushi yedik və heç şübhəsiz bu günə qədər yediyim ən dadlı sushilərdən oldu! Əllərinizə sağlıq! Duke Ellington- Such Sweet Thunder; The Star Crossed Lovers; Nat King Cole- South of the Border; isə kitabdan yadigar mahnılar olaraq qalsın!
Sınırın Güneyinde, Güneşin Batısında
Sınırın Güneyinde, Güneşin BatısındaHaruki Murakami · Doğan Kitap · 20124,278 okunma
·
11 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.