9/10
·217 syf.··
2026 60. kitabı
·
10 günde okudu
·
Okunma: 04 Haziran 2026 22:32
Bəli ,siz həyatınızı və gələcəyinizi düşüncələrinizlə formalaşdırırsınız! Uzun zamandir oxumaq istediyim kitablardan biri idi bu Kainatın ən böyük gücünə sahib olduğunuzu bilirsinizmi? Bu güc düşüncədir. Həyatınızı idarə edən əslində düşüncə tərzinizdir.Düşüncə tərziniz sizi uğurdan uğura apara, yaxud tam bir uğursuzluğa sürükləyə bilər; sizə sevgi və xoşbəxtlik bəxş edə və ya tənhalıq və çətinliklərlə dolu bir həyat yaşada bilər. Jack Ensign Addington tanınmış hüquqşünas olmaqla yanaşı, mənəvi elmlər sahəsində də təhsil almış və bu sahədəki biliklərini uzun illər davam edən dərin araşdırmalarla inkişaf etdirmiş bir şəxsdir. Müəllif insanın qarşısında yeni üfüqlər açan bu kitabında Universal Ağlın müdrikliyindən necə istifadə edə biləcəyimizi, insanın özünü məhdudlaşdıran düşüncə qəliblərini necə aradan qaldıra biləcəyini və uğursuzluğu necə möhtəşəm bir uğura çevirə biləcəyini izah edir. O, bu bilikləri Ortaq Şüurdan necə əldə edə biləcəyimizi öyrədir. Jack Ensign Addington bəhs etdiyi prinsiplərin doğruluğunu sübut etmiş bir mütəxəssis kimi, insanın möcüzəvi potensialını böyük inam və səlahiyyətlə gözlər önünə sərir.
%100 Düşünce GücüJack Ensign Addington · Akaşa Yayınları · 19993,264 okunma
10/10
·175 syf.··
Beğendi
·
2024 82. kitabı
·
8 günde okudu
·
Okunma: 17 Ağustos 2024 00:00
Fyodor Mixayloviç Dostoyevski (1821-1881): İlk romanı olan "İnsancıklar" mövzusu və fərqli fantastikası ilə diqqət cəlb edib. O, insan ruhunun dərinliklərini açmaq qabiliyyətində olan yazçı kimi şöhrət qazanıb. Lakin yazçının "İnsancıklar"-dan sonra yazdığı digər əsərləri o qədər də maraqla qarşılanmadı. Dostoyevski 1849-cu ildə I Nikolayın zalım rejiminə qarşı çıxan Petraşevski qrupunun üzvü olduğu əsası ilə həbs edilir. Güllələnmək ərəfəsində cəzası sürgün və məcburi hərbi xidmətlə əvəz olundu. O, Sibir sürgünindən sonra yazdığı romanlarla yenidən şöhrət qazanıb. 1864-cü ildə “Vremya” jurnalında dərc olunan “Yeraltından notlar” özünü real dünyadan təcrid etmiş insanın daxili münaqişələri və aldanmalarından bəhs edir. Dostoyevski "Yeraltı" anlayışıyla, insanın iç dünyasında yaşa biləcəyi qarışıqlığı bütün detayları ilə gözlər önünə sərir, duyğusal dilema və gərginlikləri əks etdirir. Baş qəhrəman duyğu dünyasında hərkəsə qarşı dərin qəzəb və qırğınlıq hiss etsə də bu qəzəbdən ən böyük payı bəlkə də yenə özü alırdı. Qəhrəman duyğu dəyişiklikləri və qərarsızlığı ilə oxuculara emosional dalğalanmalar yaşadır, onları düşünməyə və sorğulamağa təşviq edir. Bu roman Dostoyevskinin sonradan yazacağı böyük romanlara ipucu verir.
Yeraltından NotlarFyodor Dostoyevski · Kızıl Pandan Yayınları · 2020159,6bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
8/10
·72 syf.··
2026 3. kitabı
·
11 günde okudu
·
Okunma: 10 Şubat 2026 21:23
Kitabla bağlı uzun bir fikir yazmağa ehtiyac yoxdur, çünki Tahsin Yücel Ön Sözündə kitabı çox yaxşı analiz edib. Onun da dediyi kimi ilk yazdığı bu kitab sonrakı əsərləri və düşüncələri üçün baza rolunu oynayıb. Mən sadəcə Taunu oxusam belə, digər kitabları barədə də az-çox fikrim var: Sisifos Söyleni-ndə Sisofosun hekayəsi olsun, Yabancı kitabına əsasən çəkilmiş Yazgı filmi olsun, - bunlar vasitəsilə fikirlərini təxmin etmək mümkün olur. Eyni zamanda Tahsin Yücel də Öz Sözdə Sisifos Söyleni ilə bu kitab arasındakı bənzərlikləri bizə göstərib. Bu kitab daxilində yazıçının yazdığı bir sıra esselər mövcuddur: Hə ilə Yox arasında, Ruhda Ölüm, Tərsi və Üzü və s. Bəzi başlıqlardakı yazıları mənə çox qarışıq gəldi, əslində nə demək istədiyini çox yaxşı anlamaq olur, amma istifadə edilən sözlər bir az oxumanı yavaşladırdı. Bu kitabında ən çox hiss olunan "iqlim ədalətsizliyi" idi. Yazıçıya görə dünyada bir çox ədalətsizliklərdən bəhs edilsə də, iqlim ədalətsizliyindən bəhs edilmir. Onun Əlcəzairin isti iqliminə, Günəşinə olan sevgisini görürük, Aralıq dənizi sahilindəki İspaniya, İtaliya kimi ölkələrə səfəri zamanı da Aralıq dənizi iqliminə olan heyranlığı da gözlər önündədir. Eyni zamanda Praqaya səyahətində biz onun narahatlığını görürük. O Əlcəzairdə yoxsul həyat sürsə belə, bu onu narahat etmirdi. Lakin Praqada o buludlu havalarda pulunun bitməsindən narahat idi və dostlarının onu xilas etməsini səbirsizliklə gözləyirdi. Eyni zamanda yoxsulluq da burada öz əksini tapırdı. Lakin bu yoxsulluğun onun üçün o qədər də dəhşətli olmamasının səbəbi Əlcəzairin iqlimi idi. Sadəlik, açıq fikirlilik kimi mövzuları da yazılarında görmək olur. Onun fikrincə biz insanlar həyatda dərin mənalar axtarırıq, amma həyat o qədər də dərin deyil, əslində hər şey çox sadədir. Xoşbəxtlik
Tersi ve YüzüAlbert Camus · Can Yayınları · 20147,1bin okunma
10/10
·196 syf.··
2025 1. kitabı
Hər şey, bütün xaos bir mafiya ölümü ilə başladı… Boş qalmış taxt və ona dikilmiş gözlər… Köhnə dostlar, yeni düşmənlər… Mafiya hesablaşmaları, xəyanətlər… Ağılsız hərəkətləri ilə özünə zərər verən Dimorra, göründüyündən daha güclü olan Frenk və romanın üz qabığında yazıldığı kimi: “Güc imperiya qurdu, ehtiras dağıtdı.” Şəhərin idarəsi mafiyalar arasında bölüşdürülərkən, o dövrün gözəli olan Rubi üzərində dağılan dostluqlar… Bir qadının gözəlliyi bir imperiyanın taleyini dəyişdirə bilərdi. Frenkin səssiz, amma iti zəkası, Toninin iddialı planları, Vinsin köhnə qaydaları qorumaq üçün verdiyi amansız mübarizə – hamısı eyni səhnədə toqquşurdu. Görəsən, şəhərin idarəsi kimin əlinə keçəcək? Kimlər sağ qalacaq, kimlər isə yox? Əsər gerçəkliyə uyğun idi və çoox maraqlı və axıcı idivə sonadək oxucunu buraxmayan bir maraqla doluydu. Çünki bu dünyada heç kim həmişə güclü qalmır
Don ÖldüNick Quarry · Qanun Nəşriyyatı · 201420 okunma
Waris Dirie - Səhra çiçəyi
10/10
·344 syf.··
2025 12. kitabı
"Səhra Çiçəyi"ni oxumaq, sadəcə bir qadının həyat hekayəsini izləməkdən çox, bir mədəniyyətin dərinliklərinə enmək, insanın yaşadığı zəfər və fəlakətlərin içindəki toxunuşları hiss etmək deməkdir. Waris Dirie'nin “Səhra Çiçəyi” adlı avtobioqrafik əsəri, bir çox oxucu üçün, sadəcə bədii bir roman deyil, həyatın kədərli və eyni zamanda möhtəşəm tərəflərini ortaya qoyan bir təcrübədir. Kitab, Dirie'nin uşaq yaşlarından başlayaraq, Somalidəki çətin həyatını, oradan qaçışını və sonra dünya səhnəsindəki böyük uğurlarına doğru atdığı addımları anlatmaqla yanaşı, bir qadının cəsarətini, müqavimətini və özünü tapma mübarizəsini gözlər önünə sərir. Waris'in uşaqlıq illərindəki ağrılı təcrübələrdən tutmuş, onun model olaraq məşhurlaşdığı dövrə qədərki hekayə, bir qadının yalnız özünü deyil, həm də cəmiyyətin təzyiqləri ilə qarşı-qarşıya qalma mübarizəsini göstərir. Kitabın başından sonuna qədər, Waris'in həyat hekayəsi sadəcə bir fərdin yox, bir mədəniyyətin və ənənələrin içində sıxışan qadınların təcrübələrini də əks etdirir. Əslində, kitabın adı özü də böyük bir metaforadır – "Səhra Çiçəyi" çox asanlıqla saralıb tökülə bilərdi, amma öz mövqeyini qoruyub, bütün quraqlığa, çətinliyə baxmayaraq böyüyüb çiçəklənən bir bitkidir. Waris'in həyatının özüdür bu: hər çətinliyə, hər təzyiqə baxmayaraq öz mövqeyini tapmaq, öz çiçəklənməsini mümkün etmək. Müəllifin həyatındakı ən ağır anlardan birincisi, onun genetik olaraq keçirilən "qadın sünnəti" adlı inanclı praktikanın təsiri ilə başlayan travmatik prosesləridir. Bu praktika, onun həyatını yalnız bir cinsiyyət olaraq deyil, eyni zamanda ona və digər qadınlara verilən dəyərin təyini olaraq da şəkildə pozur. Lakin Waris bu travmanı aşaraq, bir növ öz qapalı dünyasından çıxıb, Qərb mədəniyyətində heyrətamiz bir modelə çevrilməyi
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 201411,7bin okunma
8/10
·224 syf.··
2025 5. kitabı
Kitabı çox öncədən tanıdığım bir insanın tövsiyəsi ilə oxudum və uzun müddət sonra. Başlarda niyə belə detallara varıldığını düşündürüb,sonralarda isə insanı özünə doğru çəkən ,sonunda gözlər dolduran kitabdır . Mənə görə :Günümüzdəki hadisələrə ,insanlara qarşı diqqətli olmağımızı,həyatımızın ipini heç bir halda başqasının əlinə verməməli olduğumuzu və ən önəmlisi də zamanın necə qiymətli ünsür olduğu həqiqətini apaçıq formada göstərməsi və dramatik -absurd formada yazması təqdirəlayiqdir. Təşəkkürlər Kafka və təşəkkürlər həyatımdan çıxıb sadəcə bu kitabla xatırlanacaq müəyyən mənada "Bay K."
DavaFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 202163,9bin okunma