Eşqin Həsənov

Eşqin Həsənov
@grimster
Hedefleri olan insanların hürriyetleri kendilerine bağlı değildir
University of Central Florida
Baku
24 Haziran 2002
24 okur puanı
Mart 2023 tarihinde katıldı
Spoiler var
9/10
·564 syf.··
Beğendi
·
2024 1. kitabı
·
240 günde okudu
·
Okunma: 15 Şubat 2024 18:58
Əsər başlanğıcdan bir çox bədii əsər kimi çox da axıcı başlamadı və əsərin təxmini ortalarına qədər hadisələrin çox da həyəcanlı olmayan axışı ilə bəzən yarıda buraxmaq istədim. Lakin bir nöqtədə hər şey çox sürətlə maraqlı olmağa başladı və gözümü əsərdən ayıra bilmədim. Kiçik yaşlardan ona pis davranan bacısının olmağı ilə və valideynlərini itirməsi ilə həyatda bəxti gətirməmişdi. Lakin bacısının yoldaşı olan Co və daha sonradan bacısının yaralanması ilə əsərə daxil olan Biddi kimi dostlarının olması - baxmayaraq ki gələcəkdə bir ümidinin daha yox olmasına səbəb oldu - Pipin əsər boyu ən yaxınları olur. Pip Biddinin onu sevməsinə baxmayaraq narsist biri olan Estellaya aşiq olur. Bunu əsəri uğurlu edən faktorlardan biri hesab edirəm, çünki əksər insanlar onlara dəyər verənlərdən çox onlara soyuq davrananlara aşiq olur. Xanım Hevişem isə onunla evlənəcəyini vəd edərək pulunu mənimsəyən, daha sonra isə onu tərk edən birinin qisasını almaq üçün Estellanı kişiləri cəlb edərək onlara əzab verməsi üçün yetişdirir və Piplə, necə deyərlər, oyuncaq kimi oynayır. Pip hələ böyüməmiş o gizli bir şəxs tərəfindən anidən maliyyələşdirilməyə başlayır və beləliklə gələcəyə dair böyük ümidləri ilə Londona yollanır. Var-dövlətin xanım Hevişem tərəfindən ona miras qalacağını düşünən Pip isə həyatının ən böyük səhvlərindən birini məhz edir. Əsərin ortalarından etibarən Pipə vəsait ayıran şəxsin ortaya çıxması ilə hadisələr alovlanmağa başlayır və bu sona qədər belə davam edir. Belə ki, illər boyu tanımaq istədiyi şəxsi tanımaq onu məmnun etməkdənsə ümidlərini puç edir. Oxuyarkən əsasən hüzn duyğuları keçirdiyim əsərin sonlarını bəyəndim, çünki burada həyati həqiqət əks olunur - məsum birinin duyğuları ilə oynamağın sonu cəzasız qalmır və bir insanın etdiyi pisliyə görə digərlərini
İnceleme
Böyük ÜmidlərCharles Dickens · Teaspress nəşriyyat evi · 018,4bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
İnsanın baxışları dəyişə bilər, amma ürəyi həmişə olduğu kimi qalır.
10/10
·490 syf.··
Beğendi
·
2020 1. kitabı
·
7 günde okudu
·
Okunma: 11 Nisan 2020 00:00
Əsəri artıq bir neçə ildir oxusam da ondan öyrəndiyimi bir gün belə unuda bilmədim. Çünki demək olar hər kəsin ömründə azı bir dəfə qarşısına çıxan vəziyyəti ən gözəl şəkildə izah edir: düzgün şeyi yalnış adama etmək, yalnış şeyi düzgün adama. Qəribədir insan təbiəti. Bəzən ona özü olduğu üçün dəyər verənləri görməzdən gəlib ona istədiyi dəyəri verməyənlərin verdiyi dəyərə möhtacmış kimi yaşayır. Roman, kasıb təbəqənin nümayəndəsi olan baş qəhrəmanımız Martin İdenin varlı burjua ailəsindən olan Ruf adlı qıza vurulması ilə başlayır. Ömrünün çox hissəsi dənizlərdə keçən Martin matros idi və çox vaxt ömrü dava etməklə keçmiş, ətrafındakılar çox da mədəni insanlar olmamışdır. Yarıtəhsilli olan baş qəhrəmanımız Artur adında zadəgan ailənin üzvü olan oğlanı ona sataşan avaraları döyməklə onların əlindən qurtarıb. Sonra Artur ona təşəkkür əlaməti olaraq evinə dəvət etdi və dəvət, bu evdə Rufla ilk dəfə qarşılaşan Martinin bütün həyatını dəyişdi. Ailənin savadına heyran qalan və Rufa qarşı içərisində sevgi hissləri oyanan Martinin Rufun sevgisini qazanmaq və ona layiq olmaq üçün göstərdiyi ağır çabalar da elə buradan başlayır. Martin tamamilə yeni və ona tanış olmayan həyata uyğunlaşmaq üçün dayanmadan kitablar oxuyur, öyrənir və sonunda yazıçılığa başlayır. Spoiler olmasın deyə geri qalan hissəsi barədə yazmıram əsərin. Amma əsərin sonlarına doğru bəzi masqalar düşür, bəziləri taxılır və insanı fikirləşməyə məcbur edir: Görəsən dəyərdimi? Bu roman ilk oxuduğum romanlardandır və ən çox sevdiklərim içərisindədir. Hər kəsə oxumasını tövsiyyə edərdim, çünki insanları tanımaq üçün mükəmməldir.
Düşünce
Martin İdenJack London · TEAS Press · 0134,8bin okunma
"Ama gözler kör. Yüreğiyle bakmalı insan..."
9/10
·112 syf.··
2023 4. kitabı
·
15 saatte okudu
·
Okunma: 19 Mayıs 2023 08:57
Evet, gözümüzle bakarsak her şey farklı. Eser çok güzel bir eserdi, işine, şöhrete ve paraya kendilerini kaptırdığı için duygularını kaybeden yetişkinleri yargılıyordu. Ben esere 10 üzerinden 9 puan verdim. Çünkü büyüklere kalbiyle değil gözüyle bakıyor. Her açgözlü yetişkinin geçmişinde, içinde saf bir çocuk vardır. Hayat onları böyle olmaya zorladı, çevre onları zorladı. Her olgun insan, içindeki mutluluğu ve saflığı büyüyene kadar koruyabilecek kadar şanslı olmamıştır. Bu nedenle yetişkinler yargılanmamalı, sadece anlaşılmalıdır. Çocuklar hayatın kötü yanlarıyla temastan mümkün olduğunca uzak tutulmazsa içlerindeki saflık zaten yavaş yavaş ölür. Buna rağmen yetişkinlere geçmişlerindeki saf çocuğu başarılı bir şekilde hatırlattığı için bu çalışmayı başarılı buluyorum.
Düşünce
Küçük PrensAntoine de Saint-Exupéry · Can Çocuk Yayınları · 2015279,8bin okunma
Maraqlı başlanğıc, çox maraqlı gedişat, sadə sonluq
7/10
·614 syf.··
2023 1. kitabı
·
4 günde okudu
·
Okunma: 24 Mart 2023 00:00
Dan Brown-un kitablarını tarixi ardıcıllıqla oxuduğumdan, bu, yazarın oxuduğum dördüncü kitabıdır. İncələməni ilk dəfə məhz bu kitab üçün yazıram, çünki baxmayaraq ki kifayət qədər təriflənən və sevilən əsərdir, əsərin sonu mənim üçün heç də düşündüyüm qədər maraqlı bitmədi. Əsər yazıçının digər əsərlərinin bir çoxu kimi bəşəriyyətə aydın olmayan sirrə vaqif olan şəxsin ölümü ilə başlayır. Proloq kifayət qədər maraqlı yazılıb və mənim üçün, indiyə qədər əsər haqqında eşitdiklərimi də nəzərə alsaq, kifayət qədər cəlbedici başlanğıc idi. Hadisələrin sonrakı inkişafının sürətli və intriqalarla dolu olması mənə, demək olar ki, kitabdan gözlərimi ayırmağa imkan vermirdi. Tarixi faktlarla zəngin olan əsərin bir çox dindən (əsasən də Xristianlıq), demək olar ki hərkəsin haqqında eşitdiyi, tarixdə çox böyük izlər qoymuş şəxs olan Leonardo da Vinçinin əsərlərindəki sirlərdən və qədim təşkilatların tarixindən bəhs etməsi əsəri kifayət qədər informativ edir. Əsəri informativliyinə görə ensiklopediya belə adlandıranlar var. Bu səbəblərdən əsər heç təsəvvür etmədiyim qədər maraqlı gedirdi. Əsərdə sevmədiyim şey sonluğunun, fikrimcə, əsərin sujet xəttinə görə biraz zəif yazılmasıdır. Belə ki, əsəri oxuyarkən orada qorunan sirr haqqında çox böyük gözləntilərim yaranmışdı və bu sirri öyrənməyimin indiyəcən beynimdə yaranan bir çox suala cavab olacağını düşünmüşdüm. Sirri öyrənmək üçün ikinci yarısını az qala bir nəfəsə oxuduğum əsərin sonunda gözləntilərimin tam özünü doğrultmaması mənim üçün məyusedici oldu. Buna baxmayaraq əsər çox maraqlı yazılıb. Din və gizli təşkilatların tarixi ilə maraqlananlara bu əsəri oxumağı tövsiyyə edirəm.
Düşünce
Da Vinçi ŞifrəsiDan Brown · Qanun Nəşriyyatı · 052,8bin okunma