Həmail

Həmail
the answer to life the universe and everything⁴²
Olmaq ya da olmamaq ,bütün məsələ budur?
Puan vermedi·200 syf.··
2025 20. kitabı
·
5 günde okudu
·
Okunma: 30 Kasım 2025 02:21
Hamlet ... Shakespearein uşaq olanda ixtisarla oxuduğum əsərlərindən idi , amma bu il daha geniş versiyada ,bir baxıma yenidən oxumağa qərar verdim , əsərdə intiqam ,qəzəb ,peşmanlıq və s. bir çox hissə şahid olmaq mümkündür,bir də hələ də düşündürən məqamları var ,biraz reallıqla xəyal arasındakı fərqi başa düşməkdə çətinlik çəkdim ,Hamlet doğrudan dəli idi ? Ya hərkəs elə zənn edirdi ? Ya da mən elə zənn elədim ,,, Hamletin bəzi düşüncələrinə çox əsəbləşirdim ,amma eyni zamanda da bəyəndiyim fikirləri də var idi ,dəli adamdan çox da bir şey gözləməmək gərək! Teatr sevən biri olaraq bu əsərdən zövq aldım çünki Shakespeare əsərlərini oxuyarkən sanki tamaşaya baxırmışsan kimi bir hiss yaranır ,buna görə də çox bəyənirəm, bu əsər də gözəl idi . "to be or not to be ,that's the question " məşhur alıntısına qalanda ,hələki bu hissə məndə cavabsızdır.
Alıntı
HamletWilliam Shakespeare · Ren Kitap Yayınevi · 201958,4bin okunma
Reklam
6/10
·80 syf.··
2025 19. kitabı
·
5 saatte okudu
·
Okunma: 25 Kasım 2025 16:59
Bu əsər bir çox insanın sevdiyi ,mənə də çox tövsiyə edilən əsərlərdən idi ,amma subyektiv fikirlərim biraz fərqlidi ,əvvəl onu qeyd edim ki , məncə, bu nəşriyyatda problem var idi, həcm olaraq az olmasını bir kənara qoysaq , sonunu daxil etməklə təsirli olduğunu deyə bilməyəcəm , əsər o qədər ixtisarla yazılıb ki ,zövq ala bilmədim öz adıma , əsərin öz mahiyyəti gözəl idi, əsərdən dərs çıxarmaq olar mı olar ,lakin məndə dərin izlər qoya bilmədi təəssüf ki ,məncə bir çox insan tərəfindən şişirdilmişdir. Bəlkə ,bir müddət sonra başqa nəşriyyatda başqa versiyasını yoxlaya bilərəm və o zaman fikrim dəyişər...
Siçanlar və AdamlarJohn Steinbeck · Çardaq Nəşriyyatı · 2024211,4bin okunma
Relslərdəki həyat
Puan vermedi·424 syf.··
2025 17. kitabı
·
8 günde okudu
·
Okunma: 23 Kasım 2025 18:47
Bu kitabı çoxdan oxumağı planlayırdım ,necə hislərimi ifadə edəcəyimi bilmirəm, düzü ətrafımda oxuyanların hər biri çox təsirli olduğunu deyirdilər ,nə yalan deyim o qədər də təsirli olacağını gözləmirdim.Kitabı çox bəyəndim, yazıçının qələmi o qədər güclüdür ki , qısa müddət ərzində kitabı bitirə bildim, sanki hadisələr gözümün önündə canlanırdı, əsərdəki yaşanmışlıqlar, yaşanmamışlar, yarım qalmışlıqlar...Hər hissəsində "ürpərirdim". Əsəri oxuyanda yazıçının dünyagörüşünə də şahid oldum ,hətta maraq dairəmə daxil olacaq yeni məlumatları da öyrəndim, bir sözlə zövq aldım .
1000Kitap
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,801 okunma