Böyük türk yazıçısı Aytmatovun da buna bənzər bir deyimi varmış. Bəli, susan qadın, həyatın dan bezmiş qadın deməkdir və beləsindən hər şey göz ləmək olar.
Qasımlının qadın barəsində belə bir sözü vardı: "Bir qadın pis münasibət gördüyü ərinə üsyan edərək dava-dalaş salırsa, burada qorxulu nəsə yoxdur. Deməli, o qadın münasibətlərin düzələcəyinə hələ ümid edir. Yox, əgər ərindən mənəvi və ya fiziki əzab gördüyü halda susursa, deməli, vəziyyət təhlükəli hal alıb, qadın hər şeydən ümidini üzüb və intiqam planı düşünür”.
Rasim qadının ovcunda bərk-bərk tutduğu əşyanın məhz həmin köynək parçası olduğuna qəti əmin idi. O. pəncərədən aşağı atıldığı anda sövqi-təbii olaraq özünü xilas etmək məqsədi ilə əlini öz qatilinin köynəyinə atmış, köynəyin kiçik bir parçası cırılıb qoparaq əlində qalmışdı. Bura qədər hər şey anlaşılırdı Anlaşılmayan isə Əsmərin ölümündən dəqiqələr əvvəl əlindəki bu dəlili gizlətməyə çalışması idi. O niyə belə etdi axı. Köynək parçası qatili müəyyən etmək üçün əhəmiyyətli bir dəlil ola bilərdi və Əsmər də bunu anlamamış deyildi, yəqin. Yəni belə çıxırdı ki, o qatilinin ifşa olunub həbs edilməsini istəmirmiş.