Əsər İran qadınlarının acınacaqlı həyatından bəhs edir. Əsərin baş qəhramanı olan Məsumə güclü qadın , fədakar ana olsa da heç bir zaman xoşbəxt bir qadın ola bilməmişdi . Büyüdüyü ailə təhsil almasına qoymasalarda evləndiyi insan onun təhsil pilləsinin ən üst səviyəsinə qədər oxumasına icazə verir və dəstəkləyir. Bütün ömrü boyu mübarizə aparır : əvvəl ailəsinə qarşı sonra uşaqlarını qorumasına görə. Övladlarının üçüdə ali təhsil alır və evlənir. İllər sonra çıxıb gələn xoşbəxtliyini övladlarına görə imtina edir.
" Anam həmişə deyirdi ki, hamının payını ayırıb kənara qoyurlar ki, o payı özü yeyə. Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb. Yeniyetmə vaxtı atama, qardaşlarıma görə öz payımdan keçməli oldum. Sonra ərimə görə. Mənə ya bir qəhrəmanın, ya bir vətən xaininin arvadı kimi baxırdılar. Sonra bir müxalifətçinin anası kimi tanıdılar. Sonra savaşçı anası oldum. Neçə dəfə məni gah yuxarı qaldırıb, gah yerə çırpıdılar. Bunların heç biri mənim payım deyildi. Heç vaxt heç kim mənim özümün kim olduğumu, nə istədiyimi soruşmadı."
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,400 okunma