Ona görə ki, bütün insanlar göstərilən tərəfə baxmağa adət ediblər, kor-korana işıq gələn tərəfə getməyi üstün tuturlar, baxmayaraq ki, yolun sonunda onları nə gözləyir, təsəvvürləri belə yoxdur. Hmm, bəzən də insanlar inadla həqiqəti görməkdən imtina edirlər. Bəli, heç kəs özünün aldadıldığını bilmək və ya qəbul etmək istəmir. Aldadılaraq yaşamağa davam etmək özünün bu günə kimi axmaq olduğunu qəbul etməkdən daha yaxşıdır. Bir də ki, yalanın üstünü açandan sonra insanda ona qarşı çıxma cəsarəti də olmalıdır. Bu isə artıq başqa “hekayə”dir.