Gülər

Gülər
@gulerncf
Ya da bi kitap oku mutlaka, iyi geliyor...
- Maharətli yazıçı da əsərlərində hadisənin açarını sol əlində tutur, oxucunu isə vadar edir ki, sağ tərəfə baxsın. Oxucunun fikri müəllifin göstərmək istədiyi hadisələrə, verdiyi sözlərə, adlara yönəlir. Süjetin mahiyyətini açan nöqtələr, əslində, oxucunun düz burnunun ucundadır, lakin o, bunları görmür. Elə hey düşünür ki, görəsən, bu cinayəti kim görüb, görəsən, bu qəhrəman həqiqətdə kimdir, görəsən, əsərin sonu nə ilə bitəcək. Bəli, dostum hər şey çox sadədir.
Sayfa 136·Kitabı okudu
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Əslində isə biz yalnız görməyimizi istədiyimiz şeyləri görürük.
Sayfa 136·Kitabı okudu
– Səmtsiz effekti nədir elə? – Adından da məlum olur – sürünün əksinə getmək, əksər insanların bacarmadığı işləri görmək, heç kəsin cürət etmədiyi qayalara dırmaşmaq... Hamı sağa baxdığı halda sən sola baxırsan, hamı sürünün qarşısında gedən qoyuna baxdığı zaman sən çobanın hərəkətlərini izləyirsən. Bax, bu – səmtsiz effektidir. – Mən heç nə başa düşmədim. – Elə əksəriyyət də heç nə başa düşmür. Bu effekt də elə bunun üzərində qurulub, heç kəs heç nə başa düşməsin. Gözbağlayıcı papağın içindən dovşan çıxaranda onun papağın içinə saldığı sağ əlina deyil, papağı altdan tutan sol əlinə baxmaq lazımdır. Öz yolunla gedirsən, sənə bir dilənçi yaxınlaşır, sağ əlini uzadıb çörəkpulu istəyir. Bu zaman nə edirsən?! Onun sənə tərəf uzanan əlina baxırsan. Bu zaman sənin ciblərində gəzişən sol əlini unudursan. Bax, belə.
Sayfa 135·Kitabı okudu
Cəmiyyətdə sürü psixologiyası hakimdir. Əksəriyyət də ömürlərinin sonuna kimi bu sürünün qanunlarına tabe olaraq yaşayır. Sürünün içində hərəkət edən birinin sürüdən irəli keçməsi mümkün deyildir…
Sayfa 134·Kitabı okudu
İnsanların əksəriyyəti ömürlərinin sonuna qədər qorxularından qurtula bilmirlər.
Sayfa 134·Kitabı okudu