İnsanın gözü yalnız qabağa baxır, arxasını isə görmür. Ona görə də insan kürəyini ən çox etimad etdiyi birinə tərəf çevirir. Xəyanət anlayışını da arxadan zərbə, kürəyə xəncər saplamaq kimi sözlərlə ifadə edirik.
– Qulyabanılardan çox diri insanlardan qorxmaq lazımdır, Breydi. Çünki insan nəfsi daha amansız və ağlasığmazdır. “Müəllif” hər kimdirsə, daxilən insan deyil. Onda insan psixologiyasından, insan ruhundan heç bir əsər yoxdur.
– Bəli, bir insan öz mahiyyətindən nə qədər uzaqlaşa bilərmiş...