" Mən düşünürəm ki, biz hamımız, hər birimiz gözəl gələcəyimizi özümüz qazanmalıyıq. Eynilə bizim üçün əhəmiyyətli olan digər məsələlər kimi. Əgər özümüz qazanmasaq, gələcəyimiz heç olmayacaq da. Əgər biz onun uğrunda əmək sərf edib əziyyət çəkmiriksə, deməli, ona layiq deyilik və əbədi olaraq hazırkı dövrdə, bu gündə yaşamağa məhkumuq. Ya da ondan betəri - keçmişdə. Bəlkə də gələcəyi qazanmağın yollarından biri məhz sevgidir. "