10/10
·118 syf.··
Beğendi
·
2025 131. kitabı
·
7 günde okudu
·
Okunma: 24 Eylül 2025 02:14
Hiss etmək ax nə acı bir ailənin dramını, göz yaşını öz içində. Kitab oxucuya sadəcə hekayəni deyil,insanın iç dünyasının ən qaranlıq qatlarına qədər enir.Hətta o qədər dərinə enir ki bizi belə umutduğumuz travmalarla üzləşdirir. Harada oxumuşdum bilmirem, bəlkə də öz ağlımda dolaşan bir cümlə fırlanır ürəyimdə"hər kəs ata ola bilir, amma hər kəs ATA ola bilmir". O qədər doğrudur ki... Ata,ana sevgisindən məhrum böyüyən uşaqlar bu dünyada səhrada tərk edilmiş dipçək gülü kimi solmağa məhkumdur...solmağa və soldurmağa.Ailə daxili sevgisizlik hər insanın həyatında fərqli bucaq yaradır. Hansı ki biri görmediyi sevgini ailəsi ile yeniden yaşayarkən digəri sevgisizlildən doğan sevgisizliklə ailəsini heç edir. Kitabla bir daha anlayırsan ki, valideyn olmaq sadəcə övlad dünyaya gətirmək deyil. Çünki hər kəs valideyn ola bilmir. Gülümsə Mənə Agha Ali
Duygu ve Düşünce
Gülümsə MənəAgha Ali · Alatoran · 202410 okunma
10/10
·118 syf.··
2025 5. kitabı
Romanda sevgi, insan münasibətləri və duyğulardan bəhs edilir. Əsərdə əsas qəhrəmanların yaşadığı psixoloji dəyişikliklər, həyatdakı hadisələr və sevginin gücü təsvir olunur. Müəllif oxucuya dərin emosional təsir bağışlayır və insanın daxili dünyasını anlamağa çalışır. Bu əsər keçmişinin, taleyinin acılarından qurtulmağa çalışanların səsidir. Gülümsə Mənə Fatima
Gülümsə MənəAgha Ali · Alatoran · 202410 okunma
Reklam
Puan vermedi·132 syf.··
2022 27. kitabı
·
3 günde okudu
·
Okunma: 10 Kasım 2022 20:07
Fyodor Mixayloviç Dostoyevski'ni ədəbiyyata qaytaran əsər olaraq bilinən “Dayının yuxusu” əsəri olduqca fərqli mövzuda və tərzdə yazılmışdı. Əsəri oxuduğum zaman milli yazarımızdan olan Cəlil Məmmədquluzadəni xatırlayırdım, xüsusən də “Danabaş kəndinin əhvalatları” əsərinin tərzini verirdi. •Yumor janrınım ön planda oldugu əsərdə gülüşün altında bir çox həqiqət gizlənirdi. Varlı burjuaziya nümayəndələri ilə kasıb təbəqəyə qarşı münasibət ayrımı, intiqam, saxtakarlıq, ölüm və s. Əsər haqqında çox spoiler verməyəcəm, mövzusu isə belədir ; Mariya Aleksandrovna, evinə “təsadüfən” gələn varlı K-ya öz qızı Zinani ərə vermək istəyir. Manipulyasiya və natiqlik bacarığı olduqca güclü olan Mariya xanım istədiklərini əldə edib, burjuaziyanın cahi-cəlallı həyatına daxil ola biləcəkmi? Bu suala cavabı oxuduqdan sonra tapacaqsınız. :) Gülməli hesab etdiyim hissələr Mariya ilə həyat yoldaşı Afanasinin ünsiyyəti olurdu, məsələn ; “Afanasi : -Deyirsən knyaz nəsə desə, sus və gülümsə. Birdən o məndən nəsə soruşdu? Onda necə? -Əcəb axmaq adamsan! Dedim axı sus. Sadəcə sus. Mən sənin yerinə cavab verəcəyəm. Sən sus və gülümsə. -O mənim lal olduğumu fikirləşəcək. -Çox vacib şey imiş! Qoy fikirləşsin də! Əvəzində axmaq olduğunu bilməyəcək. ” √Oxuduğum üçün memnun olduğum bir əsər oldu. Dostoyevskinin tərzindən fərqli hiss etdiyim, yumor və axıcı bir əsər idi. Xoş mütailələr
Kitap Yorumu
Dayının YuxusuFyodor Dostoyevski · Teas Press Nəşriyyat · 20194,344 okunma
8/10
·328 syf.··
Beğendi
·
2022 29. kitabı
·
16 saatte okudu
·
Okunma: 22 Temmuz 2022 07:25
Əsər lirik və satirik şeirlər, poema və hekayəlırdən ibarət idi. Hekayələr arasında mənə ən çox təsir edən "Gülzar" və "Dilbər" oldu. Haqqlarında danışmayacağam. Mən sadəcə lirik şeirlərini oxudum. Ən sevdiklərim: ANA Əgər bütün bəşəriyyət ədüvvi-canım оla, Ürək süqut eləməz aldığı mətanətdən. Ricavü xəvfə məkan vermərəm gər alimlər, Min il vəz edələr dəhşəti-qiyamətdən. Pələnglər tuta dövrüm, çəkinmərəm haşa, Və ya ki, vəd edələr dövləti-cahanı mənə Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim,* Əyilmərəm nə ki, yer, versələr səmanı genə. Yanımda gər dura cəllad əlində şəmşiri, Ölüm gücilə mənə hökm edə оlum təslim, Əyilmərəm yenə haşa! Ölüm nədir ki, оnun Gücilə xalqa həqiranə eyləyim təzim? Cahanda yоx elə bir qüvvə baş əyim оna mən, Fəqət nə güclü, zəif bir vücud var, yahu, Ki, hazıram yıxılım xaki-payinə hər gün, Öpüm ayağını əcz ilə. Kimdir о? Nədir о? Ana! Ana!.. О adın qarşısında bir qultək Həmişə səcdədə оlmaq mənə fəxarətdir; Оnun əliylə bəla bəhrinə yuvarlansam, Genə xəyal edərəm bəzmi-istirahətdir. Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn! Atıl cahana sən, ey ildırım, alış, parla!
Əsərləri - I cildCafer Cabbarlı · Şərq-Qərb · 2005140 okunma
8/10
·208 syf.··
2022 3. kitabı
·
66 günde okudu
·
Okunma: 05 Haziran 2022 23:19
Dostoyevski sevənləri sevindirəcək bir əsərdi , sanki Qoqolun fantaziyası Dostoyevskinin reallığı ilə qarışdırılıb və ortaya çox gözəl bir kitab çıxıb. Yalnız yaşayan və əylənməkdən uzaq , ülgücü boğazından çəkməyən , amma ölməyə də cəsarət edə bilməyən bir " yalquzağ"ın əyləncə , ehtiras və gülüş dolu bir həyata inteqrasiyasından bəhs edir. Kitabı bitirdikdən sonra özümdə son aylarda baş qaldıran fikiri bir daha da təsdiqlədim - gülümsə , gülümsə və heç nəyi ciddiyə alma .O an gələcək ki , hansısa böcəyin şam yeməyi olacaqsan və bu mütləq olacaq. Belə bir halda hamı üçün ən yaxşı seçim YALQUZAQ olmamaqdı ( baş qəhrəmanı tanıyanda daha yaxşı başa düşəcəksiniz bu yazdığımı ).
YalquzaqHermann Hesse · Qanun Nəşriyyatı · 20139,7bin okunma