Başqalarının sizin haqqınızda nə düşündüyü ilə maraqlanırsınız, çünki onların sizi bəyənmələrini istəyirsiniz. Və bunun ən yaxşı yolunun problem yaratmamaq olduğunu düşünürsünüz. Nəticədə, bütün həyatınızı sevilmək ümidi ilə mükəmməl insan olmağa sərf edə bilərsiniz. Nə qədər mükəmməl olursanız olun, bəzi insanların sizdən xoşu gəlməyəcək. İnsanların sizin haqqınızda olan fikrini ''düzəltməyə'' cəhd edə bilərsiniz, lakin bu da işə yaramaz. İnsanlar öz dəyərlərinə və inanclarına görə sizi hələ də istədikləri kimi görəcəklər. Beləliklə əgər öz dəyərinizi insanların sizin haqqınızda nə düşündüyünə əsaslandırsanız,hər zaman başqalarının razılığının insafına qalarsınız. Hər kəs tərəfindən sevilmək üçün çox çalışaraq, şəxsiyyətinizi ifadə edə bilməyəcəyiniz darıxdırıcı bir həyat yaşamaq riskini daşıyarsınız.Sonda dostlarınızı təqlid edib ətrafınızdakı hər kəsi məmnun edəcəksiniz, ancaq dünyanın ən vacib insanını- özünüzü məmnun etməyi unudacaqsınız.