İlk olaraq demək istəyirəm ki, bu qədər gözəl olacağını gözləmirdim. Bu kitabı anidən gördüm və adətən etdiyim kimi yazarın digər əsərləri və şəxsən kitabın özü haqqında maraqlanmadan kitabı əldə edib oxumaq qərarına gəldim. Düzünü desək, kitabın cildindəki "Detektiv" yazısı diqqətimi cəlb etdi(daha çox detektiv romanlar oxumağımla əlaqədardır). 4 "dost" un birlikdə törətdiyi "cinayət" qəzasının əsasında baş verir əhvalat. Süjet xəttini bəyəndim, bu ssenari ilə daha gözəl əsər yaratmaq olardı amma nə isə. Hə,birdə, sonu sanki yarımçıq qalır. Dəvam etdirmək olardı və çoxda gözəl alınardı. Oxumağı tövsiyə edirəm.