Gulsen Behramova

Gulsen Behramova
@guulsheen
Baku
6 Ekim
28 okur puanı
Kasım 2023 tarihinde katıldı
Şu anda okuduğu kitap
Düşündürücü...
Böyük Rus yazıçısı Fyodor Dostoyevski belə deyir: "Anam bizə həmişə deyərdi ki, atanız evə gələndə onun üzünə gülün. Çöldə həyat vahiməlidir, ataları taqətdən salır." " Ana ilə ata arasındakı fərq: Ana səni 9 ay bətnində gəzdirir, ata isə ömür boyu (amma sən bunu hiss etmirsən). Ana sənin ac olmadığını yoxlayır, ata isə sənə ac qalmamağı öyrədir (amma sən bunu anlamırsan). Ana səni qucağında gəzdirir, ata isə çiynində (amma sən bunu görmürsən). Dünyaya gəldiyin gündən bəri ana sevgisinin nə olduğunu bilirsən, ata sevgisini isə ata olanda anlayırsan. Səbirli ol! Ananın dəyəri ölçüyə sığmaz, atanı isə bir daha zaman yetirməz."
Düşünce
Reklam
"Mən özüm özümdə dolaşıb qalmışam. Öz-özümlə ziddiyyətdəyəm." – Rövşən Abdullaoğlunun "Relslər üzərində uzanmış adam" kitabından cümlədir. Sadəcə bunu demək istəyirəm ki, Özünə inan! Öz gücünə-bacarığına, istedadına inan! Çox böyük fəlsəfədir, özünə inanmaq. Çox vacibdir, çox. Bütün uğurların sirri burdadır. Öz həyatını kimdənsə asılı etmə. Özün öz həyatını qur! Özünü kiçik bilmə. Sən bacaracaqsan, bacarmalısan, başqa yol yoxdur. Bütün yollar sənin özündən keçir, sənin özünə dirənir. İnsan olduğunu dərk et. Relslər Üzərinə Uzanmış AdamRelslər Üzərinə Uzanmış Adam
Hayat
"Sönən ümidlər bir daha yanmaz, Yuxuya qovuşub onlar əbədi. Orada onları bir kəs də qırmaz, Tapıblar ömürlük, aydın cənnəti" – Bu şeirə anidən gözüm sataşdı. Səhv etmirəmsə belə idi bu bənd. Nə müəllif yadımda nə şeirin adı. Amma bu bənd əzbərimdə qaldı. Mən şeir və məqalələrdə yazılan cümlələrə çox diqqət edirəm, bəzən fikrimi dəyişirəm. Buna səbəb təsirə düşmək deyil(mənə görə) sadəcə bəzi yazarların fikirləri çox dərin gəlir mənə. Ən azından boşuna yazmayıblar. Əlbəttə həmfikir olmuram nədə olmağa çalışmıram sadəcə düşünməyi sevirəm,çox sevirəm. Əsasda nəticə çıxarmağı. Sanki rahatlıq tapıram. Nə isə, sözüm o deyildi.Çox düşündüm,fikirləşdim. İstədim sizədə bildirim fikrimi. Nəyini itirsən də ,ümidini heç vaxt itirmə.Günəş belə hər gün batır,amma ertəsi gün yenidən doğur. Birdə belə düşünün, həyatımız boyu bizi müşayiət edən ümid hətta ölüm ayağında da bizi tərk etmir. Sadəcə olaraq sizin itirdiyiniz ümid deyil, arzu və xəyallarınızdır. özünüzü aldatmayın... (özümüzə tez-tez xatırlatmaq ehtiyacı duyduğumuz not:).
Düşünce
Heçnə əbədi deyil həyatda,dərdlərimiz belə. Yəqin ki hələ də köhnəlmədiyini düşündüyünüz dərdiniz var,lakin bu o demək deyil ki o heç vaxt bitməyəcək. Hər şey bitir və yerini başqa şeylər tutur. Balaca olanda bizə əziyyət verən şeylər bəlkə də indi necədə gülünc gəlir bizə ki buna mı üzülmüşəm? Yaş ötdükcə fərq edirik bunu.Yenə də hər kəsin öz fikri var.
Düşünce
Həyatınızda sizin üçün həqiqətən sevinən, dərdinizə şərik olan neçə insan var? Heç düşünmüsünüzmü? Sizin xoşbəxtliyinizi arzulayan? Kədərinizə sizdən çox can yandıran? Sevincinizə sizdən çox sevinən? Heç düşünmüsünüzmü neçə nəfərdən ibarət olduğunuzu? İkisinizmi? Üçsünüzmü? Yoxsa böyük "BİR"dən ibarətsiniz?
Düşünce
Reklam