Gulsen Behramova

Gulsen Behramova
@guulsheen
"Mən özüm özümdə dolaşıb qalmışam. Öz-özümlə ziddiyyətdəyəm." – Rövşən Abdullaoğlunun "Relslər üzərində uzanmış adam" kitabından cümlədir. Sadəcə bunu demək istəyirəm ki, Özünə inan! Öz gücünə-bacarığına, istedadına inan! Çox böyük fəlsəfədir, özünə inanmaq. Çox vacibdir, çox. Bütün uğurların sirri burdadır. Öz həyatını kimdənsə asılı etmə. Özün öz həyatını qur! Özünü kiçik bilmə. Sən bacaracaqsan, bacarmalısan, başqa yol yoxdur. Bütün yollar sənin özündən keçir, sənin özünə dirənir. İnsan olduğunu dərk et. Relslər Üzərinə Uzanmış Adam
Hayat
Reklam
"Sönən ümidlər bir daha yanmaz, Yuxuya qovuşub onlar əbədi. Orada onları bir kəs də qırmaz, Tapıblar ömürlük, aydın cənnəti" – Bu şeirə anidən gözüm sataşdı. Səhv etmirəmsə belə idi bu bənd. Nə müəllif yadımda nə şeirin adı. Amma bu bənd əzbərimdə qaldı. Mən şeir və məqalələrdə yazılan cümlələrə çox diqqət edirəm, bəzən fikrimi dəyişirəm. Buna səbəb təsirə düşmək deyil(mənə görə) sadəcə bəzi yazarların fikirləri çox dərin gəlir mənə. Ən azından boşuna yazmayıblar. Əlbəttə həmfikir olmuram nədə olmağa çalışmıram sadəcə düşünməyi sevirəm,çox sevirəm. Əsasda nəticə çıxarmağı. Sanki rahatlıq tapıram. Nə isə, sözüm o deyildi.Çox düşündüm,fikirləşdim. İstədim sizədə bildirim fikrimi. Nəyini itirsən də ,ümidini heç vaxt itirmə.Günəş belə hər gün batır,amma ertəsi gün yenidən doğur. Birdə belə düşünün, həyatımız boyu bizi müşayiət edən ümid hətta ölüm ayağında da bizi tərk etmir. Sadəcə olaraq sizin itirdiyiniz ümid deyil, arzu və xəyallarınızdır. özünüzü aldatmayın... (özümüzə tez-tez xatırlatmaq ehtiyacı duyduğumuz not:).
Düşünce
Heçnə əbədi deyil həyatda,dərdlərimiz belə. Yəqin ki hələ də köhnəlmədiyini düşündüyünüz dərdiniz var,lakin bu o demək deyil ki o heç vaxt bitməyəcək. Hər şey bitir və yerini başqa şeylər tutur. Balaca olanda bizə əziyyət verən şeylər bəlkə də indi necədə gülünc gəlir bizə ki buna mı üzülmüşəm? Yaş ötdükcə fərq edirik bunu.Yenə də hər kəsin öz fikri var.
Düşünce
Həyatınızda sizin üçün həqiqətən sevinən, dərdinizə şərik olan neçə insan var? Heç düşünmüsünüzmü? Sizin xoşbəxtliyinizi arzulayan? Kədərinizə sizdən çox can yandıran? Sevincinizə sizdən çox sevinən? Heç düşünmüsünüzmü neçə nəfərdən ibarət olduğunuzu? İkisinizmi? Üçsünüzmü? Yoxsa böyük "BİR"dən ibarətsiniz?
Düşünce
Başqalarının sizin haqqınızda nə düşündüyü ilə maraqlanırsınız, çünki onların sizi bəyənmələrini istəyirsiniz. Və bunun ən yaxşı yolunun problem yaratmamaq olduğunu düşünürsünüz. Nəticədə, bütün həyatınızı sevilmək ümidi ilə mükəmməl insan olmağa sərf edə bilərsiniz. Nə qədər mükəmməl olursanız olun, bəzi insanların sizdən xoşu gəlməyəcək. İnsanların sizin haqqınızda olan fikrini ''düzəltməyə'' cəhd edə bilərsiniz, lakin bu da işə yaramaz. İnsanlar öz dəyərlərinə və inanclarına görə sizi hələ də istədikləri kimi görəcəklər. Beləliklə əgər öz dəyərinizi insanların sizin haqqınızda nə düşündüyünə əsaslandırsanız,hər zaman başqalarının razılığının insafına qalarsınız. Hər kəs tərəfindən sevilmək üçün çox çalışaraq, şəxsiyyətinizi ifadə edə bilməyəcəyiniz darıxdırıcı bir həyat yaşamaq riskini daşıyarsınız.Sonda dostlarınızı təqlid edib ətrafınızdakı hər kəsi məmnun edəcəksiniz, ancaq dünyanın ən vacib insanını- özünüzü məmnun etməyi unudacaqsınız.
Düşünce
Reklam